2020-ci il fevralın 9-da keçirilmiş
Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
18 fevral 2020-ci il tarixli 281 və 282 saylı müraciətlərə
baxılması barədə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
QƏRAR ¹ 29/336
2020-ci
il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə (Milli Məclis)
seçkilərdə 72 saylı Yardımlı - Masallı
seçki dairəsi üzrə qeydə alınmış
namizədlər Qənbərov Nəsrəddin Təvəkkül
oğlu və Rzayev Qubadəli Əli oğlu 2020-ci il
fevralın 18-də Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına (Mərkəzi Seçki
Komissiyası) yazılı müraciət edərək həmin
seçki dairəsinin bir sıra seçki məntəqələrində
seçki gününədək və səsvermə
günü baş vermiş qanun pozuntularının
araşdırılmasına dair dairə seçki
komissiyasının 15 fevral 2020-ci il tarixli 18/55, 18/56 və
18/58 saylı qərarlarını mübahisələndirmiş,
müvafiq qərar qəbul edilməsi yolu ilə seçki
dairəsi üzrə seçkilərin nəticələrinin
ləğv edilməsini xahiş etmişdir.
Müraciətlər eyni məzmunlu olduğundan və 72 saylı Yardımlı - Masallı seçki dairəsinin eyni seçki məntəqələrini əhatə etdiyindən bir icraatda birləşdirilmişdir.
Şikayətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Namizədlər N.T.Qənbərov və Q.Ə.Rzayev müraciətlərində iddia etmişlər ki, 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə səsvermə günü 72 saylı Yardımlı - Masallı seçki dairəsinin seçki məntəqələrində müşahidəçilərə müşahidənin aparılmasına şərait yaradılmamış, səsvermədə iştirak edən seçicilərin sayının az olmasına baxmayaraq, məntəqə seçki komissiyaları tərəfindən bu say artırılmış, səsvermənin nəticələri haqqında protokol seçki məntəqəsində tərtib edilməmiş və digər qanun pozuntularına yol verilmişdir.
Eyni zamanda namizəd N.T.Qənbərov seçkilər elan edilən vaxtdan namizədliyin qeydə alınması üçün imza toplama mərhələsində, həmçinin namizədliyin qeydə alınması və seçkiqabağı təşviqat dövründə həmin seçki dairəsi üzrə pozuntuların olmasını, səsvermə günü isə seçki dairəsinin 45, 48, 50, 33, 39, 48 və 66 saylı seçki məntəqələrində səslərin hesablanması zamanı qanun pozuntusuna yol verildiyini və səsvermənin nəticələri haqqında protokolun surətinin onun müşahidəçilərinə verilməmiəsini mübahisələndirmişdir.
Yuxarıda qeyd olunanlarla əlaqədar namizədlər 72 saylı Yardımlı - Masallı seçki dairəsi dairə seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən şikayətlər araşdırılmış, həmin dairə seçki komissiyasının yuxarıda gostərilən müvafiq qərarları ilə müraciətlər əsassız hesab edilərək təmin olunmamışdır.
Araşdırma prosesində şikayətçilər ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onların Komissiyanın iclasında iştirakı təmin edilmişdir.
Namizəd
N.T.Qənbərovun müraciətinin səsvermə
gününədək iddia edilən qanun pozuntuları hissəsi
ilə bağlı qeyd edilməlidir ki, həmin pozuntular
Seçki Məcəlləsi ilə müəyyən
edilmiş şikayətvermə müddəti
ötürülməklə mübahisələndirildiyindən
onlar üzrə araşdırma aparılması istisna olunur.
Araşdırma zamanı müəyyən edilmişdir ki, səsvermə günü seçki dairəsinin mübahisələndirilən seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolu Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş və bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir.
Belə ki, seçki dairəsinin bir sıra seçki məntəqələrində səsvermə günü baş verməsi iddia olunan qanun pozuntuları öz təsdiqini tapmamış və bu hal ayrı-ayrı seçki məntəqələri üzrə səslərin sayılmasının müşahidəsini həyata keçirmiş müxtəlif maraqları təmsil edən müşahidəçilərin, namizədlərin, məşvərətçi səs hüquqlu üzvlərin, məntəqəqə seçki komissiyalarının sədrlərinin, katiblərinin və üzvlərinin verdikləri izahatlarla, həmçinin tərtib edilmiş aktlarla təsdiq olunmuşdur.
Sosial şəbəkələrdə yayılan görüntülər nəzərdən keçirilərkən 72 saylı Yardımlı - Masallı seçki dairəsi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi halı müəyyən olunmamışdır.
Həmçinin, verilmiş izahatlar, aktlar və əlavə edilmiş digər sənədlərdən görünür ki, səsvermə günü bir çox seçki məntəqələrində müvafiq müşahidəçilər tərəfindən seçki qanunvericiliyinin tələblərinə əməl olunmaqla müşahidə aparılmış, Seçki Məcəlləsinin 41-ci maddəsi ilə müəyyən edilmiş müşahidənin aparılması prinsiplərinə əməl olunmuşdur.
Beləliklə, 72 saylı Yardımlı - Masallı seçki dairəsinin bir sıra seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından, həmçinin səsvermənin keçirilməsi və ya nəticələrin müəyyənləşdirilməsi zamanı həmin seçki dairəsi üzrə seçicilərin iradəsini müəyyən etməyə imkan verməyən qanun pozuntuları olmadığından, qeydə alınmış namizədlər N.T.Qənbərov və Q.Ə.Rzayevin 18 fevral 2020-ci il tarixli 281 və 282 saylı müraciətləri əsassız olduğundan təmin edilməməli, həmin dairə seçki komissiyasının 15 fevral 2020-ci il tarixli 18/55, 18/56 və 18/58 saylı qərarları dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda
göstərilənləri əsas götürərək, Mərkəzi
Seçki Komissiyası Seçki Məcəlləsinin
19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və
"Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasına və dairə seçki komissiyalarına
seçki hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın
1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən
qərara alır:
1.
2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə
seçkilərdə 72 saylı Yardımlı - Masallı
seçki dairəsi üzrə qeydə alınmış
namizədlər Qənbərov Nəsrəddin Təvəkkül
oğlu və Rzayev Qubadəli Əli oğlunun 18 fevral 2020-ci
il tarixli 281 və 282 saylı müraciəti əsassız
olduğundan təmin edilməsin, dairə seçki
komissiyasının 15 fevral 2020-ci il tarixli 18/55, 18/56 və
18/58 saylı qərarları dəyişdirilmədən
qüvvədə saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
21.02.2020-ci il
Azərbaycan.-2020.- 22 fevral.- S.10.