Azərbaycan şirkətləri
beynəlxalq sərgidə mükafata layiq görülüblər
Xəbər verildiyi kimi, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AzPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları Moskvada keçirilən "Prodexpo 2020” beynəlxalq ərzaq sərgisində nümayiş olunmuşdur.
Nazirliyin bu barədə yaydığı məlumatda bildirilir ki, sərgi çərçivəsində azərbaycanlı sahibkarlar xarici həmkarları ilə görüşlər keçirmiş, ixraca dair razılıqlar əldə etmiş, müqavilələr bağlamışlar. Belə ki, "Balxurma” şirkəti qurudulmuş xurma məhsullarının Taylanda ixracına dair müqavilə imzalamışdır. Bundan başqa, Göygöl Şərab Zavodu şərab və brendinin Litvaya, "Tac-Gülüstan” şirkəti mineral su və limonad məhsullarının Yaponiyaya ixracına, "Az-Granata” şirkəti Rusiyada spirtli içkilərin idxalı ilə məşğul olan şirkət ilə distribüterluq müqaviləsinin bağlanmasına dair razılıq əldə etmişlər.
Sərgidə
məhsulları xarici şirkətlərin və sərgi ziyarətçilərinin
böyük marağına səbəb olan Azərbaycan
şirkətləri - "Karaca” və "Azərstar”
"Ən yaxşı müəssisə” mükafatına,
"Caspian coast” şirkəti isə gümüş və
bürünc medala layiq görülmüşdür.
Azərbaycan.-2020.- 22 fevral.- S.11.