Aqrar İnkişaf Könüllüləri”nin “Laza qış düşərgəsi”

 

"Aqrar İnkişaf Könüllüləri” Təşkilatı tərəfindən Qusar rayonunun Laza kəndində "Laza qış düşərgəsi” təşkil olunub. Layihənin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, onların kənd həyatı və kənd turiziminə diqqətini cəlb etməkdir.

Layihə üzrə elan edilmiş müsabiqədə iştirak üçün 900-dən çox gəncdən müraciət daxil olmuşdur. Müraciət edən gənclər arasında müxtəlif meyarlar əsasında seçim aparılmış və 25 gəncin layihədə iştirakı təmin edilmişdir. Gənclər layihə çərçivəsində təşkil olunan təlim, seminar və yürüşdə iştirak etmişlər.

Təlim və seminarlarda gənclərə komanda quruculuğuonun idarə olunması, çevik qərar qəbuletmə, düzgün ünsiyyət bacarıqları, ekstremal idman növü, dağ zirvəsinə yürüş üçün fiziki hazırlıq qaydaları barədə layihə iştirakçılarına məlumat verilmişdir. Gənclərə həmçinin sağlamlıq və təhlükəsizliyin təmin edilməsi ilə bağlı təlimatlar verilmiş, ilkin tibbi yardım qaydaları izah edilmişdir.

Təlim və seminarlardan sonra layihə iştirakçıları dağa yürüş etmiş, Laza kəndinin əsrarəngiz təbiəti ilə əyani şəkildə tanış olmuşlar.

 

Azərbaycan.-2020.- 22 fevral.- S.11.