Prezident İlham Əliyevin Vatikanda
Müqəddəs Taxt-Tacın dövlət katibi
kardinal Pietro Parolin ilə görüşü
olub
Birinci
vitse-prezident Mehriban Əliyeva Papa Cəngavər Ordeninin ən
ali dərəcəsinə layiq görülüb
Fevralın
22-də Vatikana səfəri çərçivəsində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və
birinci xanım Mehriban Əliyevanın Müqəddəs
Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə
görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dövlətimizin başçısı Roma Papasının 2016-cı ildə Azərbaycana səfərini qeyd etdi. Bildirdi ki, Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində fəaliyyətini fəal şəkildə davam etdirir. Prezident İlham Əliyev ötən il Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirildiyini bildirərək bu tədbirdə Vatikan nümayəndəsinin də iştirak etdiyini xatırlatdı.
Dövlətimizin başçısı ölkəmizdə etnik və dini baxımdan qarşılıqlı anlaşmanın olduğunu, müxtəlif dinlərin nümayəndələrinin dinc şəraitdə birgə yaşadıqlarını qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə dinlərarası və mədəniyyətlərarası dialoqun, multikulturalizmin prioritet olacağını vurğuladı.
Kardinal Pietro
Parolin Azərbaycan ilə Vatikan
arasında xüsusi münasibətlərin
olduğunu bildirdi. O, Papa II İohan
Pavelin və Papa Fransiskin Azərbaycana səfərlərini xatırlatdı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında
mədəniyyətlərarası dialoqun, multikulturalizmin, həmçinin müsəlmanlar,
xristianlar və yəhudilər arasında
harmoniyanın möhkəmləndiyini
vurğuladı. Pietro Parolin
Azərbaycanın beynəlxalq
münasibətlərdə çoxtərəfliliyə böyük
əhəmiyyət verməsini
təqdir etdiyini bildirdi. O, həmçinin
Azərbaycanda Katolik Kilsəsinin fəaliyyəti
üçün yaradılan
şəraitin yüksək
qiymətləndirildiyini diqqətə
çatdırdı.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı ölkəmizin mövqeyini
bir daha diqqətə çatdırdı,
Ermənistanın regionda
destruktiv siyasət yürütdüyünü bildirdi. Dövlətimizin
başçısı hazırda
Ermənistan tərəfindən
danışıqlar prosesinə
xələl gətirən
ziddiyyətli açıqlamaların
verildiyini dedi və münaqişənin
beynəlxalq hüququn
norma və
prinsiplərinə, Helsinki Yekun
Aktına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həll edilməli olduğunu vurğuladı.
Söhbət zamanı Azərbaycanın
regiondakı rolu və qonşu ölkələrlə münasibətləri
müsbət qiymətləndirildi.
Sonra kardinal Pietro Parolin Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyevaya Papa Cəngavər
Ordeninin ən ali dərəcəsi
olan IX Piy Ordeninin Böyük Xaçını (Dama di Gran Croce dell’ordine Piano) təqdim etdi.
Birinci vitse-prezident
Mehriban Əliyeva bu ordenə mədəniyyətin, o cümlədən
Müqəddəs Taxt-Tac
təsisatları ilə
qarşılıqlı əlaqələrin
inkişafına verdiyi
töhfələrə görə
layiq görülüb.
Kardinal Pietro Parolin Mehriban Əliyevaya bu mükafatı təqdim etməkdən şərəf
hissi keçirdiyini bildirdi.
Birinci vitse-prezident Mehriban
ƏLİYEVA dedi:
-Kardinal həzrətləri.
Məni Müqəddəs Taxt-Tacın
yüksək ordeni ilə təltif etdiyinizə görə sizə və Zati-müqəddəsləri Roma Papası Fransiskə dərin minnətdarlığımı
bildirirəm. Bu, mənim
üçün böyük
şərəfdir.
Mən bu ordeni Vatikan ilə Azərbaycanın ikitərəfli münasibətlərinin
yüksək səviyyədə
olmasının daha bir təsdiqi kimi qiymətləndirirəm. Çox şadam
ki, bu münasibətlərin
möhkəmlənməsində mənim də töhfəm var. Səmərəli
əməkdaşlığın qurulmasında əməyi
olan hər bir insana, Vatikanda
olan bütün dostlarıma, xüsusilə
də kardinal Ravaziyə dərin minnətdarlığımı bildirirəm.
Bir daha yüksək təltifə,
göstərdiyiniz qonaqpərvərliyə
və səmimiyyətə
görə sizə dərin minnətdarlığımı
bildirirəm. Çox sağ olun.
Kardinal Pietro Parolin: Sağ olun Zati-aliləri.
Mən də şəxsən öz tərəfimdən
bu jesti bizim artıq uzun illər ərzində aramızda təşəkkül tapmış
bu münasibətlərin
təzahürü kimi
görürəm. Hesab edirəm
ki, gələcəkdə
ikitərəfli qaydada
demək olar ki, bütün sahələrdə və xüsusən də mədəniyyət sahəsində
Müqəddəs Taxt-Tacla
Sizin ölkəniz arasındakı əlaqələri
daha da dərinləşdirəcəyik.
Şəxsən Sizi, Sizin həyat yoldaşınızı
və bütövlükdə
ölkənizi səmimi
qəlbdən təbrik
edirəm.
Birinci vitse-prezident Mehriban Əliyeva: Çox sağ olun,
təşəkkür edirəm.
Qeyd edək
ki, IX Piy Ordeni 1847-ci ildə təsis edilib. Bu ordenlə kilsə və cəmiyyət qarşısında xidmətlərə
görə təltif olunurlar. Böyük
Xaç – dövlət
başçılarına və
yüksəkvəzifəli dövlət xadimlərinə
təqdim olunan xüsusi dərəcədir.
İtaliya
Respublikasının hazırkı Prezidenti Sercio Mattarella,
İtaliya dövlətinin bir sıra sabiq rəhbərləri,
o cümlədən Corcio Napolitano, həmçinin tac
qoyulmuş şəxslər – İsveç Kralı XVI Qustav,
Lüksemburqun Böyük Hersoqu Anri, İspaniya Kralı Xuan
Karlos və Belçika Kralı II Albert bu ordenə layiq
görülənlər sırasındadır.
Azərbaycan.-2020.- 23 fevral.- S.1-2.