Prezident İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva Vatikanda
Sikstin Kapellası və Müqəddəs
Pyotr Kilsəsi ilə tanış olublar
Fevralın
22-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları
Leyla Əliyeva Vatikanda Sikstin Kapellası və Müqəddəs
Pyotr Kilsəsi ilə tanış olublar.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Heydər Əliyev Fondu tərəfindən hazırda Vatikanda bir neçə layihə həyata keçirilir. 2019-cu ilin fevral ayında Heydər Əliyev Fondu ilə Müqəddəs Pyotr Kilsəsi arasında imzalanmış müqaviləyə əsasən, Müqəddəs Pyotr Kilsəsinin Bazilikasındakı "Roma Papası I Leon ilə Hun imperatoru Atillanın görüşü” barelyefi və Vatikan Bazilikasındakı katakombalarda yerləşən "Tullius Zethus” məqbərəsi Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bərpa edilir və artıq işlər başa çatmaq üzrədir. Bu işlərin bu ilin may ayında başa çatması planlaşdırılır. 2019-cu ilin fevral ayında Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tacın Arxeologiya Şurası arasında imzalanmış müqaviləyə əsasən hazırda "Müqəddəs Komodiliya” katakombalarındakı mavzoleyin bərpası işləri aparılır və layihənin 2020-ci ildə başa çatması nəzərdə tutulur. 2016-cı ildə icrasına başlanan və 2018-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Müqəddəs Taxt-Tacın Mədəniyyət üzrə Pontifik Şurasının sədri kardinal Canfranko Ravazinin iştirakı ilə açılışı olan "Müqəddəs San Sebastian kilsə-muzey kompleksində katakombaların bərpası” layihəsi çərçivəsində son tamamlama işləri yekunlaşıb.
Heydər
Əliyev Fondu tərəfindən həyata keçirilən
layihələr müqəddəs Taxt-Tacda çox yüksək
qiymətləndirilir. Bu işlər
Fondun ümumbəşəri dəyərlərə
verdiyi töhfələri bütün
dünyaya nümayiş
etdirir. Bununla
yanaşı, bu layihələr həm də
ölkəmizin müxtəlif dinlərin abidələrinə
və müqəddəs yerlərinə verdiyi
önəmi göstərir. Bütün bunlar isə multikultural dəyərlərə
sadiq və bu dəyərləri
təşviq edən ölkə kimi Azərbaycanın
dünyadakı mövqeyini və yerini, həmçinin dinlərarası dialoqun qurulmasındakı rolunu
möhkəmləndirir.
Qeyd
edək ki, Sikstin Kapellasının yerləşdiyi bina
Vatikanda Renessans dövrü italyan incəsənətinin ən
görkəmli abidələrindən biridir. Qeyd olundu ki,
1481-1483-cü illərdə kapellanın divarlarına
Musanın və İsanın həyatlarından səhnələr
təsvir olunan freskalar
çəkilib. XV əsrdə dünya
şöhrətli italiyalı heykəltəraş Mikelancelo kapellanın tavanının və mehrab divarının rəsmlərini
yaradıb. Bura həm də muzey kimi fəaliyyət
göstərir.
Vatikandakı Müqəddəs Pyotr Kilsəsi italyan intibah memarlığının ən məşhur nümunələrindən və dünyanın ən böyük kilsələrindən biridir. Kilsədə ilk Roma Papası hesab edilən Müqəddəs Pyotr dəfn edilib. Bura həm də məşhur ziyarətgah və dini mərasimlər yeridir. Buna görə də erkən xristianlıq dövründən etibarən əksər Roma papaları burada dəfn olunub.
Diqqətə
çatdırıldı ki, Müqəddəs Pyotr
Bazilikası həm də məşhur ziyarətgah və mərasim
yeridir. Roma Papası il
ərzində bazilika və ya onun
qarşısındakı Müqəddəs Pyotr
meydanında bir neçə dini mərasim keçirir.
Azərbaycan.-2020.- 23 fevral.- S.2.