Səfər
başa çatdı
Fevralın
22-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin İtaliya Respublikasına dövlət səfəri
başa çatıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Romanın "Fiumicino” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident
İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı
İtaliya Respublikası Nazirlər Şurasının dövlət
katibi Mario Turko və digər rəsmi şəxslər yola
saldılar.
Azərbaycan.-2020.- 23 fevral.- S.2.