Estoniya Respublikasının Prezidenti Zati-aliləri xanım Kersti Kalyulayda
Hörmətli xanım Prezident,
Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə və bütün Estoniya xalqına ən səmimi təbriklərimi yetirirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar,
dost Estoniya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 fevral 2020-ci il.
Azərbaycan.-2020.- 23 fevral.- S.3.