2020-ci il fevralın 9-da keçirilmiş
Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
19 fevral 2020-ci il tarixli 295 saylı müraciətə
baxılması barədə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar ¹ 30/342
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd Səfərov Elfaq Məzahir oğlu 2020-ci il fevralın 19-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək səsvermə günü həmin seçki dairəsinin bəzi seçki məntəqələrində pozuntular olduğunu və bu pozuntuların araşdırılmasını xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Araşdırma ilə əlaqədar müraciət etmiş namizədlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir.
Araşdırma prosesində namizəd Səfərov Elfaq Məzahir oğlu 2020-ci il fevralın 21-də Mərkəzi Seçki Komissiyasına gəlmiş, ərizə ilə müraciət edərək şikayətini geri götürdüyünü bildirmişdir. Bu səbəbdən Səfərov Elfaq Məzahir oğlunun 2020-ci il tarixli 295 saylı müraciətinə baxılmasına xitam verilməlidir.
Yuxarıda
göstərilənləri əsas götürərək, Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 19.4-cü,
28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına və
dairə seçki komissiyalarına seçki
hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında” Təlimatın
1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən
qərara alır:
1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd Səfərov Elfaq Məzahir oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 19 fevral 2020-ci il tarixli 295 saylı müraciətinin araşdırılmasına xitam verilsin.
2. Bu
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
22.02.2020
Azərbaycan.-2020.- 23 fevral.- S.6.