2020-ci il fevralın 9-da keçirilmiş
Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
20 fevral 2020-ci il tarixli 315 saylı müraciətə
baxılması barədə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar ¹ 30/350
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 125 saylı Zəngilan - Qubadlı seçki dairəsində müşahidəçi qismində çıxış edən Əyyubov İsmayıl Qulu oğlu 2020-ci il fevralın 20-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 15 fevral 2020-ci il tarixli 37/172 saylı qərarını mübahisələndirmiş və müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir. Komissiyanın iclasında iştirak etməyə dəvət olunmuş, lakin gəlməmişdir.
Ərizəçi 125 saylı Zəngilan - Qubadlı seçki dairəsinin dairə seçki komissiyasına müraciət edərək səsvermə günü yuxarıda göstərilən seçki dairəsinin 11 saylı seçki məntəqəsində seçki qanunveriçiliyinin tələblərinin pozulduğunu iddia etmiş, həmin seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını xahiş etmişdir. Eyni zamanda o bildirmişdir ki, müraciəti dairə seçki komissiyasının 15 fevral 2020-ci il tarixli 37/172 saylı qərarı ilə əsassız olaraq təmin edilməmişdir.
Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər tələb edilərək alınıb araşdırılmışdır.
Araşdırma zamanı müşahidəçinin mübahisələndirdiyi seçki məntəqəsi üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqəsində səsvermə prosesini müşahidə etmiş digər müşahidəçilər, məntəqə seçki komissiyasının sədri, katibləri, üzvləri, vəkil edilmiş şəxslər, səlahiyyətli nümayəndələr tərəfindən verilmiş izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır.
Göstərilənlərə əsasən müraciət təmin edilməməli, dairə seçki komissiyasının mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 125 saylı Zəngilan - Qubadlı seçki dairəsində müşahidəçi qismində çıxış edən Əyyubov İsmayıl Qulu oğlunun 20 fevral 2020-ci il tarixli 315 saylı müraciəti təmin edilməsin, 125 saylı Zəngilan - Qubadlı seçki dairəsi dairə seçki komissiyasının 15 fevral 2020-ci il tarixli 34/172 saylı qərarı dəyişdirilmədən saxlanılslın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
22.02.2020
Azərbaycan.-2020.- 23 fevral.- S.7.