2020-ci il fevralın 9-da keçirilmiş
Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
20 fevral 2020-ci il tarixli 344 saylı müraciətə
baxılmasına dair Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar ¹
30/361
2020-ci
il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə (Milli Məclis)
seçkilərdə 77 saylı Astara seçki dairəsi
üzrə qeydə alınmış namizəd Qənbərov
İlqar Əvəz oğlu 2020-ci il fevralın 20-də Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi
Seçki Komissiyası) yazılı müraciət edərək
səsvermə günü adıçəkilən seçki
dairəsinin bəzi seçki məntəqələrində
qanun pozuntularına yol verildiyini iddia etmiş, bu pozuntuların
araşdırılmasını və bununla bağlı
müvafiq tədbirlərin görülməsini xahiş
etmişdir.
Müraciət
Azərbaycan Respublikası Seçki Məcəlləsinin
(Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə
və "Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına və dairə seçki
komissiyalarına seçki hüquqlarının pozulması ilə
əlaqədar şikayət və müraciətlərin
verilməsi və onlara baxılması qaydaları haqqında
Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi
Seçki Komissiyasının nəzdində ekspert qrupunun
üzvü tərəfindən nəzərdən
keçirilmiş, müraciətin aidiyyət
qaydalarının pozulması ilə daxil olmasına dair rəy
verilmiş və Mərkəzi Seçki Komissiyasının
iclasında baxılmışdır.
Seçki
Məcəlləsinin tələbinə görə iddia olunan
qanun pozuntuları ilə bağlı müraciətlər
ilkin olaraq dairə seçki komissiyasına verilməlidir. Həmin
müraciət üzrə dairə seçki
komissiyasının qəbul etdiyi qərardan, hərəkətdən
(hərəkətsizlikdən) Mərkəzi Seçki
Komissiyasına şikayət verilə bilər.
Seçki
Məcəlləsinin 112-1.12-ci maddəsinə görə
müraciət aidiyyət qaydalarının pozulması ilə
daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti
üzrə göndərilməsinə dair qərar qəbul
edilməlidir.
Yuxarıda
göstərilənləri əsas götürərək, Mərkəzi
Seçki Komissiyası Seçki Məcəlləsinin
19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və
"Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasına və dairə seçki komissiyalarına
seçki hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat”ın
4-cü hissəsinə əsasən qərara alır:
1.
2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə
seçkilərdə 77 saylı Astara seçki dairəsi
üzrə qeydə alınmış namizəd Qənbərov
İlqar Əvəz oğlunun Mərkəzi Seçki
Komissiyasına daxil olmuş 20 fevral 2020-ci il tarixli 344 saylı
müraciəti aidiyyəti üzrə
araşdırılması üçün həmin seçki
dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Bu
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
22.02.2020
Azərbaycan.-2020.- 23 fevral.- S.9.