Karim İfrak: “Xocalıya ədalət!”
kampaniyası beynəlxalq ictimaiyyəti məlumatlandırmaq
baxımından çox önəmlidir”
Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı Parisdə keçirilmiş anım tədbirində iştirak etdim. XXI əsrin astanasında bu cür soyqırımı aktının törədilməsi qəbuledilməzdir.
Bir gecədə qəflətən mülki şəxslərə edilən hücum nəticəsində 613 insanın - qadın, qoca və uşaqların vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı eşitdiklərim mənə çox pis təsir etdi. Həmin qətliamdan 28 il keçməsinə baxmayaraq, qatillər, cəlladlar hələ də cəzalandırılmayıb. Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Ədalət tam bərqərar olmalı, Azərbaycan torpaqları geri qaytarılmalıdır.
Bu
fikirləri Parisdəki Mədəniyyət Mərkəzində
Xocalı soyqırımı ilə bağlı keçirilən
tədbirdə iştirak edən Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin
tədqiqatçısı Karim İfrak AZƏRTAC-a müsahibəsində
deyib. Karim İfrak
bildirib ki,
"Xocalıya ədalət!” kampaniyası beynəlxalq
ictimaiyyəti məlumatlandırmaq baxımından çox önəmlidir. Dünya
birliyi ermənilər tərəfindən
törədilmiş bu
barbarlığı, Ermənistanın əsl üzünü
görməlidir. Ermənistan heç
bir təşkilata məhəl qoymur, münaqişənin sülh
yolu ilə həlli istiqamətində heç bir addım
atmır. "İnanırıq ki,
sülhpərvər, tolerant və inklüziv Azərbaycan xalqı tezliklə
torpaqlarını azad edəcək və ədalət
öz yerini tutacaq”, - deyə K.İfrak
vurğulayıb.
Azərbaycan.-2020.- 23 fevral.- S.9.