Azərbaycan
Respublikasının Elm, texnika,
memarlıq, mədəniyyət və ədəbiyyat üzrə
Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının
Elm, texnika, memarlıq,
mədəniyyət və
ədəbiyyat üzrə
Dövlət Mükafatları
Komissiyasının aşağıdakı
yeni tərkibi təsdiq edilsin:
Komissiyanın sədri
Əli Əsədov – Azərbaycan
Respublikasının Baş
Naziri
Komissiyanın üzvləri
Əli Əhmədov – Azərbaycan
Respublikası Baş Nazirinin müavini
Ramiz Mehdiyev – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Əbülfəs Qarayev – Azərbaycan
Respublikasının Mədəniyyət
naziri
Oqtay Şirəliyev – Azərbaycan
Respublikasının Səhiyyə
naziri
Ceyhun Bayramov – Azərbaycan Respublikasının Təhsil
naziri
Anar Quliyev – Azərbaycan Respublikasının Dövlət
Şəhərsalma və
Arxitektura Komitəsinin
sədri
İbrahim Quliyev – Azərbaycan
Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti
İsa Həbibbəyli – Azərbaycan
Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti
İsmayıl Hacıyev – Azərbaycan
Milli Elmlər Akademiyası Naxçıvan
bölməsinin sədri
Fərhad
Bədəlbəyli – Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru
Ömər Eldarov – Azərbaycan
Rəssamlıq Akademiyasının
rektoru
Siyavuş Kərimi – Azərbaycan
Milli Konservatoriyasının
rektoru
Əhliman Əmiraslanov – Azərbaycan
Milli Elmlər Akademiyasının həqiqi
üzvü
Abel Məhərrəmov – Azərbaycan
Milli Elmlər Akademiyasının həqiqi
üzvü
Elbay Qasımzadə – Azərbaycan
Memarlar İttifaqı
İdarə Heyətinin
sədri
Şəfiqə Məmmədova – Azərbaycan
Respublikası Kinematoqrafçılar
İttifaqının sədri
Məhərrəm Qasımlı – Azərbaycan
Aşıqlar Birliyinin
sədri
Çingiz Abdullayev – Azərbaycan Yazıçılar Birliyinin katibi
Cəlal Abbasov – Azərbaycan Bəstəkarlar İttifaqının katibi
Natiq Əliyev – Xalq rəssamı
Mövlud Süleymanlı – Xalq yazıçısı.
2. "Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 aprel tarixli 26 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 4, maddə 703) 1-ci hissəsi ləğv edilsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn
məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
24 fevral 2020-ci il.
Azərbaycan.-2020.- 25 fevral.- S.1.