2020-ci il fevralın 9-da keçirilmiş
Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
21, 22 fevral 2020-ci il tarixli 376 və 388 saylı müraciətlərə
baxılmasına dair Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar № 32/391
2020-ci
il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə (Milli Məclis)
seçkilərdə 95 saylı Tərtər seçki dairəsi
üzrə qeydə alınmış namizədlər Mehtiyeva
Arzu Yusif qızı 2020-ci il fevralın 21-də, Abdullayev Ayaz
Rəsul oğlu və digərləri 2020-ci il fevralın 22-də
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasına (Mərkəzi Seçki Komissiyası)
müraciət edərək həmin seçki dairəsi dairə
seçki komissiyasının 18 və 19 fevral 2020-ci il tarixli
13/64, 14/65 saylı qərarlarını mübahisələndirmiş,
dairə seçki komissiyasının adıçəkilən
qərarlarının ləğvini, seçki məntəqələri
üzrə səsvermənin nəticələrinin
etibarsız hesab olunmasını xahiş etmişlər.
Şikayətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Şikayətçilər müraciətlərində iddia etmişdirlər ki, dairə seçki komissiyası araşdırma apararkən onların təqdim etdiyi şikayətlər üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir.
Ərizəçilərlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir.
Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır.
Namizədlərin müraciətlərinin araşdırılması səsvermə günü seçki dairəsinin seçki məntəqələri üzrə sosial şəbəkələrdə yerləşdirilmiş görüntüləri, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair dairə seçki komissiyalarına təqdim etdikləri yekun protokolları və namizəd tərəfindən təqdim olunmuş digər materialları əhatə etmişdir.
Yuxarıda qeyd olunanlarla əlaqədar namizədlər 95 saylı Tərtər seçki dairəsinin dairə seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən şikayətlər araşdırılmış, həmin dairə seçki komissiyasının müvafiq qərarları ilə müraciətlər əsassız hesab edilərək təmin olunmamışdır.
95 saylı Tərtər seçki dairəsinin dairə seçki komissiyası qeyd edilən qərarını onunla əsaslandırmışdır ki, araşdırma nəticəsində seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları təsdiqini tapmadığından, səsvermənin keçirilməsi və ya nəticələrinin hesablanması zamanı həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından qeydə alınmış namizədlərin müraciətləri əsassız hesab olunaraq təmin edilməmişdir.
Araşdırma zamanı müəyyən edilmişdir ki, səsvermə günü seçki dairəsinin mübahisələndirilən seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolları Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş və bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir.
Səsvermə günü seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntularının araşdırılması məqsədi ilə müşahidə aparmış müxtəlif seçki subyektlərindən alınmış izahatlarlardan müəyyən edilmişdir ki, həmin pozuntuları təsdiq edən hər hansı bir fakt aşkarlanmamışdır.
Göstərilənlərə əsasən müraciətlər təmin edilməməlidir.
Yuxarıda
göstərilənləri əsas götürərək, Mərkəzi
Seçki Komissiyası Seçki Məcəlləsinin
19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və
"Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyasına və dairə seçki komissiyalarına
seçki hüquqlarının pozulması ilə əlaqədar
şikayət və müraciətlərin verilməsi və
onlara baxılması qaydaları haqqında Təlimat"ın
1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən
qərara alır:
1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 95 saylı Tərtər seçki dairəsi üzrə qeydə alınmış namizədlər Mehtiyeva Arzu Yusif qızı, Abdullayev Ayaz Rəsul oğlu və digərlərinin müraciətləri əsassız olduğundan təmin edilməsin.
2. Dairə seçki komissiyasının 18 və 19 fevral 2020-ci il tarixli 13/64, 14/65 saylı qərarları dəyişdirilmədən saxlanılsın.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
24.02.2020
Azərbaycan.-2020.- 25 fevral.- S.8.