2020-ci il fevralın 9-da keçirilmiş
Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
21 fevral 2020-ci il tarixli 348 saylı müraciətə
baxılması barədə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar ¹ 32/410
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 91 saylı Ucar seçki dairəsi üzrə qeydə alınmış namizəd Məmmədov Kazım Eldar oğlu 2020-ci il fevralın 21-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 14/43 saylı qərarını mübahisələndirmiş və onun ləğv olunmasını, seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız sayılmasını xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Qeydə alınmış namizəd K.E.Məmmədov müraciətində iddia edir ki, səsvermə günü digər namizəd Ramin Həsənovun xeyrinə təşviqat aparılmış, bülletenlər sayılan zaman onun xeyrinə səslər süni şəkildə artırılmış, seçki prosesini müşahidə etmək üçün müşahidəçilərə Seçki Məcəlləsinin tələblərinə əsasən səsvermə prosesinin izlənilməsi üçün yaradılan şərait qanunla nəzərdə tutulmuş tələblərə uyğun olmamış, bəzi seçki məntəqələrində seçki qutusuna topa bülletenlər atılmış, seçki dairəsinin 3, 4, 5, 6 və 41 saylı məntəqə seçki komissiyaları istisna olmaqla digərləri səsvermənin nəticələri haqqında protokolun surətini verməmişdir.
Ərizəçi müraciətə mübahisələndirilən seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair 1 ədəd elektron məlumat daşıyıcısı əlavə etmişdir.
Namizəd K.E.Məmmədov müraciətini onunla əsaslandırır ki, yuxarıda qeyd olunanlarla əlaqədar 91 saylı Ucar seçki dairəsinin dairə seçki komissiyasına müraciət etmiş, şikayət komissiya tərəfindən araşdırılmış, dairə seçki komissiyasının müvafiq qərarı ilə onun müraciəti əsassız hesab edilərək təmin olunmamışdır.
Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması ona izah edilmiş və ərizəçinin Komissiyanın iclasında iştirakı təmin edilmişdir.
Həmçinin, dairə seçki komissiyasının mübahisələndirilən qərarı və digər sənədlər araşdırma materiallarına əlavə edilmişdir.
91 saylı Ucar seçki dairəsinin dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, müraciətdə adı çəkilən seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından, səsvermənin keçirilməsi və ya səsvermənin nəticələrinin hesablanması zamanı həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından qeydə alınmış namizəd K.E.Məmmədovun müraciəti əsassız hesab olunaraq təmin edilməməlidir. Dairə seçki komissiyası bu qərarı çıxararkən xüsusilə ona diqqət yetirmişdir ki, səsvermə günü baş verməsi iddia olunan hər hansı qanun pozuntuları ilə bağlı müvafiq seçki komissiyasına heç bir müraciət daxil olmamışdır.
Qeyd edilməsi zərurudir ki, həmin seçki dairəsindən deputatlığa digər namizəd Məmmədov Əbil Abbas oğlunun 2020-ci il fevralın 18-də Mərkəzi Seçki Komissiyasına daxil olmuş 284 saylı müraciəti ilə həmin seçki dairəsi dairə seçki komissiyasının 17 fevral 2020-ci il tarixli 13/41 saylı qərarından Mərkəzi Seçki Komissiyasına verdiyi şikayətlə əlaqədar aparılmış hərtərəfli araşdırma çərçivəsində seçicilərin iradə ifadəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edildiyindən Mərkəzi Seçki Komissiyasının 21 fevral 2020-ci il tarixli 29/326 saylı Qərarı ilə seçki dairəsinin 18 və 38 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi nəzərə alınmalıdır.
Araşdırma zamanı qeydə alınmış digər namizədlərdən, müxtəlif siyasi partiyaları təmsil edən digər müşahidəçilərdən və adıçəkilən məntəqə seçki komissiyalarının üzvlərindən alınmış izahatlarla müəyyən edilmişdir ki, səsvermə günü mübahisələndirilən seçki məntəqələrinin əksəriyyətində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyasının səsvermənin nəticələrinə dair yekun protokolu Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş, maraqlı seçki subyektlərinə verilmiş və bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlsə də, 1 saylı seçki məntəqəsi üzrə dairə seçki komissiyasının gəldiyi nəticə düzgün hesab edilməməlidir.
Araşdırma ilə əlaqədar sosial şəbəkələrdə yerləşdirilmiş görüntülər və təqdim olunmuş materialların araşdırılması nəticəsində 1 saylı seçki məntəqəsində bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntu müəyyən edilmişdir.
Göstərilənlərə əsasən müraciətlərin qismən təmin edilməsi, dairə seçki komissiyasının qərarının 1 saylı seçki məntəqəsinə aid hissədə ləğv edilməsi, seçki dairəsinin həmin seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 91 saylı Ucar seçki dairəsi üzrə qeydə alınmış namizəd Məmmədov Kazım Eldar oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 21 fevral 2020-ci il tarixli 348 saylı müraciəti qismən təmin edilsin, 1 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.
2.
Dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli
14/43 saylı qərarı 1 saylı seçki məntəqəsi
üzrə hissədə ləğv edilsin, digər hissədə
dəyişdirilmədən saxlanılsın.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
24.02.2020
Azərbaycan.-2020.- 25 fevral.- S.11.