2020-ci il fevralın 9-da keçirilmiş
Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
21 fevral 2020-ci il tarixli 365 saylı müraciətə
baxılması barədə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar № 32/411
2020-ci
il fevralın 9-da keçirilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə (Milli Məclis)
seçkilərdə 84 saylı Füzuli seçki dairəsi
üzrə qeydə alınmış namizəd Ağayev Yusif
Şükür oğlu 2020-ci il fevralın 21-də Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi
Seçki Komissiyası) yazılı müraciət edərək
həmin seçki dairəsi dairə seçki
komissiyasının 19 fevral 2020-ci il tarixli 39/81 saylı qərarını
mübahisələndirmiş və həmin seçki dairəsi
üzrə səsvermənin nəticələrinin ləğv
olunmasını tələb etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələri və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş müddətdə və qaydada verildiyindən Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Namizəd Y.Ş.Ağayev müraciətində 84 saylı Füzuli seçki dairəsi üzrə bəzi seçki məntəqələrində adları seçici siyahılarında olmayan seçicilərin səs verdiyini, bir şəxsin bir neçə dəfə səs verməsinə şərait yaradıldığını, müşahidəçilərə foto və videoçəkiliş aparmağa icazə verilmədiyini, seçki qutularına lider namizədin xeyrinə topa ilə seçki bülletenlərinin atıldığını, həmin pozuntularla bağlı dairə seçki komissiyasına təqdim edilmiş müraciətlərin və digər sənədlərin düzgün araşdırılmadığını iddia edərək, dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 39/81 saylı qərarının və seçki dairəsi üzrə səsvermənin nəticələrinin ləğv olunmasını tələb etmişdir.
Ərizəçi müraciətə mübahisələndirilən seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair 1 elektron məlumat diski (DVD-disk) əlavə etmişdir.
Namizəd müraciətini onunla əsaslandırmışdır ki, yuxarıda qeyd olunan pozuntularla əlaqədar 84 saylı Füzuli seçki dairəsinin dairə seçki komissiyasına müraciət etmiş, şikayət komissiya tərəfindən araşdırılmış, dairə seçki komissiyasının müvafiq qərarı ilə onun müraciəti əsassız hesab edilərək təmin olunmamış, həmin qərar ona təqdim edilməmişdir.
Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, ona əlavə sənəd və ya material təqdim etmək, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun Komissiyanın iclasında iştirakı təmin edilmişdir.
Müəyyən edilmişdir ki, qeydə alınmış namizədin müraciəti dairə seçki komissiyası tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada hərtərəfli araşdırılmış, səsvermə günü mübahisələndirilən seçki məntəqələri üzrə müvafiq seçki subyektləri, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, məntəqə seçki komissiyalarının üzvləri tərəfindən verilmiş izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır.
84 saylı Füzuli seçki dairəsinin dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, namizədin müraciətində səsvermə günü seçki məntəqələrindəki qanun pozuntuları ilə bağlı iddiaları hərtərəfli araşdırılmış və nəticədə səsvermənin keçirilməsi və ya nəticələrin rəsmiləşdirilməsi zamanı seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından müraciət əsassız hesab olunaraq təmin edilməməlidir. Namizəd Y.Ş.Ağayevin müraciətinin təmin edilməməsinə dair 19 fevral 2020-ci il tarixli 39/81 saylı qərar dairə seçki komissiyası tərəfindən həmin gün poçt vasitəsilə ərizəçiyə göndərilmişdir ki, bu da dairə seçki komissiyasının hərəkətsizliyini istisna edir. Bunu təsdiq edən poçtun müvafiq sənədi dairə seçki komissiyasının mübahisələndirilən qərarı və digər sənədlərlə birlikdə araşdırma materiallarına əlavə edilmişdir.
Araşdırma ilə əlaqədar səsvermənin nəticələrinə dair məntəqə seçki komissiyalarının protokolları və digər sənədlər dairə seçki komissiyasından tələb edilərək götürülmüş və onlara baxış keçirilmişdir. Araşdırma nəticəsində həmin seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarındakı məlumatlarda uyğunsuzluqlar aşkarlanmamış, bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular müəyyən edilməmişdir.
Müraciətin araşdırılması ilə əlaqədar səsvermə günü və sonrakı günlərdə sosial şəbəkələrdə seçki məntəqələrində baş verməsi iddia edilən pozuntularla bağlı yayımlanmış görüntülərə baxış keçirilmiş, 84 saylı Füzuli seçki dairəsinin seçki məntəqələri üzrə hər hansı bir pozuntu əks olunan görüntü müəyyən edilməmişdir.
Araşdırma zamanı müəyyən edilmişdir ki, seçki dairəsinin mübahisələndirilən digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolları Seçki Məcəlləsinin tələblərinə uyğun tərtib olunmuş və bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir.
Səsvermə günü seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntularının araşdırılması məqsədi ilə müşahidə aparmış müxtəlif seçki subyektlərindən alınmış izahatlardan müəyyən edilmişdir ki, həmin pozuntuları təsdiq edən hər hansı bir fakt aşkarlanmamışdır.
Göstərilənlərə əsasən qeydə alınmış namizəd Y.Ş.Ağayevin müraciətinin təmin edilməməsi, 84 saylı Füzuli seçki dairəsi dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 39/81 saylı qərarının dəyişdirilmədən saxlanılması üçün hüquqi əsaslar yaranmışdır.
Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci və 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 84 saylı Füzuli seçki dairəsi üzrə qeydə alınmış namizəd Ağayev Yusif Şükür oğlunun 21 fevral 2020-ci il tarixli 365 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 39/81 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
24.02.2020
Azərbaycan.-2020.- 25 fevral.- S.11.