Azərbaycan Prezidenti
İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan ilə təkbətək görüşü
olub
Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri
Fevralın
25-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan
ilə təkbətək görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Ölkələrimizin həyata keçirdikləri birgə qlobal layihələrin əhəmiyyəti vurğulandı.
Türkiyə Prezidentinin Azərbaycana səfərinin iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edildi.
Görüşdə ikitərəfli
münasibətlər, həmçinin
qarşılıqlı maraq doğuran məsələlər barədə
fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2020.- 26 fevral.- S.2.