İlham Əliyev
Rəcəb Tayyib Ərdoğanı ad günü
münasibətilə təbrik
edib
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev fevralın 26-da Türkiyə
Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Dövlətimizin başçısı Prezident
Rəcəb Tayyib Ərdoğanı ad günü
münasibətilə təbrik
edib, qardaş Türkiyənin firavanlığı
naminə ona fəaliyyətində uğurlar
və möhkəm cansağlığı arzulayıb.
Türkiyə Prezidenti göstərilən
diqqətə və təbrikə görə Prezident İlham Əliyevə təşəkkür
edib.
Dövlət başçıları dünən
Bakıda keçirilən
Azərbaycan-Türkiyə Yüksək
Səviyyəli Strateji
Əməkdaşlıq Şurasının
iclasının əhəmiyyətinə
toxunaraq ölkələrimiz
arasında dostluq və qardaşlıq münasibətlərinin bundan
sonra da uğurla inkişaf edəcəyinə əminliklərini
ifadə ediblər.
Azərbaycan.- 2020.-27 fevral.- S.1.