Birinci vitse-prezident Mehriban Əliyeva
“Instagram” səhifəsində Xocalı
soyqırımı ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram” səhifəsində
Xocalı soyqırımı
ilə bağlı paylaşım edib.
AZƏRTAC
xəbər verir ki, Birinci vitse-prezidentin paylaşımında
deyilir: "Xocalı soyqırımı bütün bəşəriyyətə
və insanlığa qarşı törədilmiş cinayətdir
və yaddaşlarımızdan heç vaxt silinməyəcəkdir.
Bu hadisə xalqımızı sarsıtdı, amma iradə və
əzmini sındırmadı, bizi bir millət kimi daha sıx
birləşdirdi və bu yenilməz birliyimizlə biz
haqqın və ədalətin təntənəsinə -
Xocalı faciəsinin dünya miqyasında xalqımıza
qarşı soyqırımı aktı kimi
tanıdılmasına nail oluruq. Xocalı
soyqırımının günahsız qurbanlarının əziz
xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə
Allahdan rəhmət diləyirəm”.
Azərbaycan.-2020.- 26 fevral.- S.4.