Azərbaycan Prezidentinin İtaliya səfəri ölkəmizin Avropadakı mövqenüfuzunu daha da gücləndirmişdir

 

Azərbaycan Prezidentinin İtaliya Respublikasına dövlət səfəri bir neçə baxış bucağından xüsusi maraq kəsb edir.

İkitərəfli münasibətlər kontekstində bu dövlət səfəri səviyyəsinə görə ən yüksək tədbir hesab olunur, iki ölkə arasında ciddi, hərtərəfli və daha dərin münasibətlərin inkişafına təkan verir. Üstəlik, Prezident İlham Əliyevin bu səfəri İtaliya üçünxüsusi əhəmiyyət kəsb edir. Maraq doğuran amillərdən biriodur ki, Azərbaycan bu gün nisbətən yeni dövlət kimi bütün dünyanın diqqət mərkəzindədir.

Ölkəmizin yeritdiyi daxilixarici siyasət, apardığı islahatlar, reallaşdırdığı qlobal layihələr və inkişaf etmiş ölkələrlə qurduğu iqtisadi, siyasidiplomatik əlaqələr öyrənilir, araşdırılır və qiymətləndirilir.

Məlumdur ki, planetar miqyasda baş verən qanlı çaxnaşmalar, dərinləşən və müharibələrə çevrilən ağır münaqişələr minillik tarixi olan dövlətləri belə iflic edərək dünyada gedən proseslərdə iştirak etməkdən məhrum edir, onları daxili çəkişmələrin məngənəsində boğaraq məhvə məhkum edir. Bu baxımdan Azərbaycan da işğalçı Ermənistan tərəfindən ərazilərinin 20 faizə qədəri işğal edilən ölkə kimi başqa bir acınacaqlı aqibətin sahibi ola bilərdi.

Lakin həlli dalana dirənən münaqişənin fəsadlarına baxmayaraq, Azərbaycan sürətlə inkişaf edir, dünyada müxtəlif sahələrdə liderlik qazanır, sabit və sülhsevər imicini gücləndirir, ərazisinə görə dünyada 117-ci yerdə olsa da, uğurlarına görə birinci yerlərdə adı çəkilir. Bu baxımdan səfər zamanı Azərbaycanın dövlət başçısına xüsusi diqqətin göstərilməsi o deməkdir ki, İtaliya kimi qarşıladığını çox yaxşı bilirdi.

Bəli, İtaliyada Azərbaycan PrezidentiBirinci vitse-prezidentinə göstərilən bu ehtiram məhz dövlətimizin dünya miqyasında qazandığı böyük nailiyyətlərə verilən qismətin təzahürüdür. Prezident İlham Əliyevin italiyalı həmkarı Sercio Mattarella ilə təkbətək və geniş tərkibdə, eləcə də İtaliya Respublikası Nazirlər Şurasının sədri Cüzeppe Konte, İtaliya Parlamentinin Senatının Sədri Maria Elisabetta Alberti KaselattiDeputatlar Palatasının Sədri Roberto Fiko ilə keçirdiyi görüşlər Azərbaycanın dünya siyasətinə uğurlu inteqrasiyasını əyani təsdiq edir.

Səfər çərçivəsində iki ölkə arasında siyasi, müdafiə, iqtisadi-ticarət, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəni, elmi, turizm, idman sahələrini əhatə edən 28 sənədin imzalanması İtaliyanın qarşılıqlı əməkdaşlığa sonsuz marağından irəli gəlir. Romadakı Kuirinale Sarayında İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə verilən dövlət ziyafətində hər iki prezidentin çıxışlarında iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin inkişafının vacibliyinin vurğulanması, eləcə də səfərin ikinci günü Azərbaycan-İtaliya biznes forumunun keçirilməsi məhz qarşılıqlı münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.

Bu dövlət səfəri belə qənaətə gəlməyə əsas verir ki, Azərbaycan dünyanın aparıcı ölkələri ilə ikitərəfli əlaqələri yüksək səviyyədə qura bilən və bu əlaqələri inkişaf etdirmək gücünə qadir olan sivilgüclü dövlətdir. Dünyanın siyasi müstəvisində qazandıqlarımız, daxili ictimai sabitlik, dinamik inkişaf ona imkan verir ki, biz istənilən aparıcı ölkə ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirək. Bu mənada Azərbaycan və İtaliya arasındakı əlaqələr nümunə ola bilər. Çünki İtaliya Azərbaycanın strateji tərəfdaşı kimi həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə Azərbaycanla sıx əməkdaşlıq edir. İtaliya, həmçinin Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının güclənməsinə fəal dəstək verən ölkə kimi də tanınır.

Bu qənaətimizin davamı kimi qeyd edək ki, səfər çərçivəsində iki dövlət başçısı tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” əməkdaşlığın yeni yüksək səviyyəyə adlamasını şərtləndirən mühüm sənəddir. İlk dəfə xarici dövlətlə, xüsusən də "Böyük Yeddilik”ə üzv olan ölkə ilə belə bir bəyannamənin imzalanması ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Bu sənəddə tərəflər bir-birini strateji tərəfdaş kimi qəbul edirbütün istiqamətlərdə əlaqələrin daha da gücləndirilməsi istəyini ortaya qoyurlar. Birgə Bəyannamədə tərəflər bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək ifadə edirlər.

İkinci vacib bir məqam ondan ibarətdir ki, bu günlərdə baş tutmuş Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirədə Azərbaycan Prezidenti tarixi çıxışı ilə Ermənistan diplomatiyasına öldürücü zərbə endirdi. Məhz İlham Əliyevin diplomatiyası sayəsində Paşınyanın "qalib qiyafəsində” Münxendən dünyaya demokratiya dərsi vermək, hamını öyrətmək cəhdləri ağır məğlubiyyətlə nəticələndi. Münxen uğursuzluqları ilə Yeravana dönən baş nazir bütün yerli siyasi qüvvələrin və partiyaların qəzəbinə tuş gəldi. Paşinyanın Xocalı soyqırımını Münxendə Mütəllibovun, Yerevanda isə rusların 366-cı alayının üstünə atması, Njdeni müdafiə etməsi və ən başlıcası, Azərbaycan Prezidentinin ifşaedici zərbələri onu gülüş hədəfinə çevirdi.

İndi Paşinyan aldığı zərbələrdən özünə gəlməyə cəhd edir, Azərbaycan isə beynəlxalq aləmdə daha bir diplomatik qələbənin uğurunu yaşayır. Avropa İttifaqının aparıcı üzv ölkəsinin Baş Naziri ilə imzalanan strateji sənəddə münaqişə ilə bağlı Azərbaycanın mövqeyini əks etdirən müddəaların qəbul edilməsi Azərbaycan Prezidentinin növbəti əhəmiyyətli qələbəsidir.

Yeri gəlmişkən qeyd edək ki, İtaliya özü də ATƏT-in Minsk Qrupunun üzvlərindən biri kimi Minsk prosesi çərçivəsində fəaldır. Onu da qeyd edək ki, vaxtilə ATƏM-in Minsk Konfransının və sonradan ATƏT-in Minsk qrupunun ilk sədri də məhz italiyalı diplomat Mario Rafaelli olmuşdur. Bir sözlə, İtaliya ilə imzalanmış Birgə Bəyannamədə əks olunan istər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, istərsə də digər məsələləri əhatə edən müddəalar Avropa İttifaqı ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişinin möhkəm özülü rolunu oynamağa qadirdir.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2020.- 27 fevral.- S.1-2.