Rusiya qəzeti: “Xocalı hadisələri
barədə xatirə təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün mühümdü”
“Bəşər tarixində xüsusi həyasızlıq və qəddarlıqla törədilən cinayətlər az deyil. Bütün dünya Holokost faciəsini, Belarusun Xatın kəndinin məhv edilməsini və digər dəhşətli cinayətləri xatırlayır. Azərbaycanın Dağlıq Qarabağdakı Xocalı şəhərinin faciəsi də unudulmayıb”, - deyə Rusiyanın “Dni.ru” qəzetinin müxbiri Fyodor Lopırev yazır.
AZƏRTAC xəbər verir ki, məqalədə həmin müdhiş günlərin hadisələri barədə danışılır. Qəzet yazır ki, 1992-ci ilin fevral hadisələrindən sonra Xocalıda müsəlman qalmadı. Xocalı faciəsi XX əsr ərzində bir sıra müsibət və iztirablardan çıxmış Azərbaycan xalqının bir çox cəhətdən çətin həyatını əks etdirir. Sovet dövründə müsəlman sakinlər ardıcıl surətdə Ermənistandan sıxışdırılaraq çıxarılıblar: təkcə İosif Stalinin dövründə 150 min azərbaycanlı doğma yurd-yuvalarından deportasiya edilib”, - deyə məqalədə vurğulanır.
Müəllif sonda yazır: “Xocalı hadisələri barədə
xatirə təkcə Azərbaycan üçün
deyil, bütün dünya üçün mühümdür. Xalqlar
bilməlidir ki, azğın millətçilik
və dözülməzlik hansı nəticələrə gətirib
çıxarır. Məşhur ispan məsəlində
deyilir ki, dərrakənin
yuxusundan yırtıcı törənir. Baş verənlər haqqında xatirə ksenofobiya yırtıcıları üçün ən yaxşı
silahdır. Yalnız bu yolla
Holokost, Xatın və Xocalıya bənzər
müsibətlərdən yaxa qurtarmaq mümkündür”.
Azərbaycan.-
2020.- 27 fevral.- S.5.