Rusiyanın informasiya agentliyi Xocalı  soyqırımı barədə məqalə yayıb

 

Rusiyanın “Ura.ruinformasiya agentliyinin saytında “Niyə 30 il bundan əvvəl baş vermiş soyqırımı Azərbaycan üçün hələ də sarsıntıdır” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, Tatyana Ryabovanın məqaləsində MDB-də ən dəhşətli faciələrdən birinin tükürpərdən tarixçəsi barədə danışılır.

Məqalədə deyilir ki, azərbaycanlılar fevralın 25-dən 26-na keçən gecə dinc sakinlərin kütləvi şəkildə vəhşicəsinə qətlə yetirildiyi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir. Ermənistan və Azərbaycan arasındakı münaqişə 1992-ci ildə bütöv xalq üçün faciəyə çevrildi. Müəllif məqalədə tarixçi Rizvan HüseynovZaur Mehdiyevin fikirlərindən sitatlar gətirir.

 

Azərbaycan.- 2020.- 27 fevral.- S.5.