ABŞ Dövlət Departamenti
Xocalı faciəsi ilə bağlı bəyanat verib
Fevralın 25-də ABŞ Dövlət Departamentinin mətbuat xidməti Xocalı faciəsi ilə bağlı bəyanat verib.
Dövlət Departamentindən Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı verilən açıqlamaya görə, Amerika Birləşmiş Ştatları qətl edilən günahsız insanları dərin hüznlə anır və Ermənistanla Azərbaycanı münaqişəni tezliklə həll etməyə çağırır.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini zəbt edib, etnik azərbaycanlılara qarşı soyqırımı törədiblər. Bu qırğının nəticəsində 613 nəfər həlak olub.
Azərbaycanın
Dağlıq Qarabağ regionu
və yeddi ətraf rayon
Ermənistan silahlı qüvvələri tərəfindən
1992-1994-cü illərdə işğal edilib. Ermənistanın
işğalçı siyasəti nəticəsində bir milyondan çox
azərbaycanlı öz torpaqlarından
didərgin düşüb. 1993-cü ilin aprel-noyabr aylarında
BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin
işğalını pisləyən, erməni silahlı
qüvvələrinin bu ərazilərdən
dərhal və qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı məcburi
köçkünlərin doğma
yurdlarına qayıtması üçün
şərait yaradılmasını tələb edən 822,
853, 874 və 884 saylı qətnamələr qəbul edib. 2008-ci ilin mart ayında BMT Baş Məclisində
beynəlxalq birliyin Təhlükəsizlik
Şurasının qətnamələrində ifadə edilmiş mövqeyini bir daha təsdiqləyən
62/243 saylı qətnamə qəbul olunub.
Müxtəlif ölkələrin və beynəlxalq
təşkilatların qanunverici
orqanları BMT Təhlükəsizlik Şurasının bu qətnamələrini əsas götürərək,
erməni işğalçı qüvvələrinin Azərbaycandan
çıxarılmasını tələb edən sənədlər
qəbul ediblər.
Azərbaycan.-
2020.-27 fevral.- S.6.