İslam Əməkdaşlıq Təşkilatı Xocalı
soyqırımı ilə bağlı bəyanat yayıb
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl-Useymin 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. Baş katib faciə zamanı həlak olmuş insanların xatirəsini ehtiramla yad edib.
AZƏRTAC xəbər verir ki, bəyanatda Xocalı qırğınının Ermənistanın Azərbaycan torpaqlarını qeyri-qanuni işğal etməsi nəticəsində baş verdiyi bildirilir. Qeyd edilir ki, Baş katib işğal olunmuş Azərbaycan ərazilərində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərəkətləri müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi dəyərləndirən, 2013-cü ildə Qahirədə keçirilmiş İslam Sammitinin 12-ci sessiyasının Yekun Kommünikesinə, o cümlədən İƏT Xarici İşlər Nazirləri Şurasının 2019-cu ildə Əbu-Dabidə keçirilmiş 46-cı sessiyasında qəbul edilmiş qətnamələrə istinad edib.
Baş katib
bəyanatda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin qəbul edilmiş beynəlxalq hüququn
norma və prinsiplərinə, habelə
BMT Təhlükəsizlik Şurasının müvafiq
qətnamələrinə uyğun olaraq Azərbaycanın suverenliyi,
ərazi bütövlüyü və beynəlxalq
səviyyədə tanınmış sərhədlərinin
toxunulmazlığı prinsipləri əsasında ən
qısa müddətdə siyasi həllinə
çağıran İƏT Xarici
İşlər Nazirləri Şurasının qətnamələrini
bir daha
xatırladıb.
Azərbaycan.-
2020.-27 fevral.- S.6.