Azərbaycan Respublikası Dövlət Sərhəd
Xidmətinin bir sıra hərbi
qulluqçularının 3-cü dərəcəli “Rəşadət”
ordeni ilə təltif edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, təhlükəsizliyinin və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları 3-cü dərəcəli "Rəşadət” ordeni ilə təltif edilsinlər:
Cəbrayılov Asif Mikayıl oğlu - general-leytenant
Xəlilov Əsgər
Sabir oğlu - general-leytenant
Tağı-zadə Fərhad Sabir oğlu - general-leytenant.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
27 fevral 2020-ci il
Azərbaycan.-
2020.- 28 fevral.- S.2.