Azərbaycan Respublikası Dövlət Sərhəd
Xidmətinin bir sıra ali
zabitlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 40.1-ci və 42.0.1-ci maddələrinə, "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsinin ikinci hissəsinə əsasən qərara alıram:
1. Aşağıdakı ali zabitlər hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılsınlar:
general-leytenant Cəbrayılov
Asif Mikayıl oğlu
general-leytenant Xəlilov
Əsgər Sabir oğlu
general-leytenant Tağı-zadə
Fərhad Sabir oğlu.
2. Bu sərəncam
imzalandığı gündən
qüvvəyə minir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
27 fevral 2020-ci il
Azərbaycan.-
2020.- 28 fevral.- S.2.