2020-ci il fevralın 9-da keçirilmiş
Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
24 fevral 2020-ci il tarixli 404 saylı müraciətə
baxılması barədə Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının QƏRARI
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 72 saylı Yardımlı – Masallı seçki dairəsi üzrə qeydə alınmış namizəd Ağayev Sahib Layic oğlu 2020-ci il fevralın 24-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək adıçəkilən seçki dairəsi dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 19/61 saylı qərarını mübahisələndirərək, həmin qərarla razılaşmadığını və faktların yenidən araşdırılmasını xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
S.L.Ağayev müraciətində dairə seçki komissiyasında onun ərizəsinin düzgün araşdırılmadığını, təqdim etdiyi videogörüntülərin tədqiq edilmədiyini qeyd edərək dairə seçki komissiyasının müvafiq qərarının ləğv edilməsini, pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.
Dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, müraciətdə iddia edilən qanun pozuntuları təsdiqini tapmadığı üçün müraciət əsassız hesab edildiyindən təmin edilməmişdir.
Araşdırma ilə əlaqədar qeydə alınmış namizədlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir.
Dairə seçki komissiyasının mübahisələndirilən qərarı və digər sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmişdir.
Dairə seçki komissiyası qeyd edilən qərarını onunla əsaslandırmışdır ki, araşdırma nəticə¬sində seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları təsdiqini tapmadığından və səsvermənin keçirilməsi və ya nəticələrinin hesablanması zamanı həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini sərbəst ifadə etməsinə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından qeydə alınmış namizəd S.L.Ağayevin müraciəti əsassız hesab edilərək təmin edilməməlidir.
Müraciətin hərtərəfli araşdırılması məqsədilə qeydə alınmış namizədin təqdim etdiyi elektron məlumat daşıyıcısında olan məlumatlar, müxtəlif siyasi partiyaları və namizədləri təmsil edən müşahidəçilərdən və adıçəkilən məntəqə seçki komissiyalarının üzvlərindən alınmış izahatlar, səsvermə günü sosial şəbəkələrdə yayımlanan məlumatlar, həmin dairə seçki komissiyasının mübahisələndirilən qərarı və digər seçki materialları ətraflı tədqiq edilmişdir.
Dairə seçki komissiyasının S.L.Ağayev və digərlərinin şikayətinə baxılması üzrə araşdırma materiallarına baxış keçirilərkən müəyyən edildi ki, onların təqdim etdikləri bir ədəd elektron məlumat daşıyıcısına baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin məlumat daşıyıcısında olan videogörüntülərdə seçki qanunvericiliyinin pozulmasını təsdiq edən, səsvermə günü seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallar əks olunmamışdır.
Müraciətdə göstərilən halların araşdırılması məqsədilə müxtəlif siyasi partiyaları və namizədləri təmsil edən müşahidəçilərdən və müvafiq məntəqə seçki komissiyalarının üzvlərindən, o cümlədən mübahisələndirilən seçki məntəqələrində səs vermiş seçicilərdən alınmış izahatlardan müəyyən edilir ki, şikayətdə göstərilən qanun pozuntuları təsdiqini tapmır.
Beləliklə, ərizədə iddia edilən qanun pozuntuları şikayət üzrə toplanmış materiallarla tam təkzib olunur.
S.L.Ağayev və digərlərinin müraciətinin tam, obyektiv, hərtərəfli və qərəzsiz araşdırılması nəticəsində dairə seçki komissiyası həmin müraciətin təmin olunması üçün faktiki və hüquqi əsasların müəyyən edilməməsi və əsassız hesab edildiyindən onun təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir.
Aparılmış araşdırmanın nəticəsi olaraq müraciətin təmin edilməsi üçün hüquqi əsaslar mövcud olmadığından müraciət təmin edilməməli, dairə seçki komissiyasının qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiya¬larına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasənqərara alır:
1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 72 saylı Yardımlı – Masallı seçki dairəsi üzrə qeydə alınmış namizəd Ağayev Sahib Layic oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 fevral 2020-ci il tarixli 404 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, həmin dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 19/61 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
Azərbaycan.-2020.- 26 fevral.- S.13.