Azərbaycanda koronavirusla
bağlı təhlükənin qarşısının
alınması məqsədilə Nazirlər Kabineti
yanında qərargah yaradılıb
Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikasının bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olunub. Həmçinin əhalinin məlumatlandırılması və əsassız dezinformasiyaların qarşısının alınması məqsədilə qərargahın +994 12 492 41 61, +994 12 492 75 54, +994 12 505 03 30, + 994 12 505 13 33 nömrəli “qaynar xətləri” 2020-ci il fevralın 28-də saat 10:00-dan fəaliyyət göstərəcək.
Məlumat üçün qeyd edək
ki, Nazirlər Kabinetinin
Sərəncamı ilə 2020-ci il
yanvarın 30-da “Azərbaycan Respublikasında yeni
koronavirus xəstəliyinin
yayılmasının qarşısının alınmasına
dair Fəaliyyət Planı” təsdiq edilib və nəzərdə tutulmuş
tədbirlər həyata keçirilməkdədir. Qeyd olunan xəstəliyin
yayılma coğrafiyasının geniş
miqyas aldığını nəzərə
alaraq, Nazirlər Kabineti
tərəfindən daha geniş
əhatəli Tədbirlər Planı təsdiq edilib. Azərbaycanda sanitar-epidemioloji
vəziyyət ciddi nəzarətdədir,
hazırda əhali arasında yoluxma
halları aşkar edilməyib və
narahatlıq üçün heç bir əsas yoxdur.
Azərbaycan.- 2020.- 28 fevral.- S.2.