Müdafiə naziri ATƏT-in nümayəndəsi ilə qoşunların təmas xəttindəki vəziyyəti müzakirə edib

 

Fevralın 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyətinə, keçirilən monitorinqlərin nəticələrinə və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2020.- 28 fevral.- S.4.