“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi
Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 1, maddə
46; 2018, ¹ 7 (I kitab), maddə
1492; 2019, ¹ 3, maddə 414, ¹ 7, maddə 1247, ¹ 10, maddələr
1580, 1592) ilə təsdiq
edilmiş "Azərbaycan
Respublikası Dövlət
Təhlükəsizliyi Xidmətinin
strukturu”nda və
"Azərbaycan Respublikası
dövlət büdcəsinin
vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Dövlət
Təhlükəsizliyi Xidmətinin
hərbi qulluqçularının
və Azərbaycan Respublikası Dövlət
Təhlükəsizliyi Xidmətinin
sisteminə işə
götürülən işçilərin
ştat sayının
həddi”ndə dəyişiklik
təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu Fərmandan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
28 fevral 2020-ci il
Azərbaycan.- 2020.- 29 fevral.-
S. 3.