Baş Nazirin müavini
Misirin Azərbaycandakı səfirliyində
başsağlığı verib
Azərbaycan Respublikasının Baş Nazirinin müavini Şahin Mustafayev fevralın 28-də Misir səfirliyinə gələrək, Misir Ərəb Respublikasının 4-cü Prezidenti, görkəmli siyasət və dövlət xadimi Hüsnü Mübarəkin vəfatı ilə əlaqədar başsağlığı verib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şahin Mustafayevi Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim qarşılayıb. Baş Nazirin müavini Şahin Mustafayev Azərbaycan ilə Misir arasında mövcud olan dostluq münasibətlərini qeyd edərək, əməkdaşlığımızın uğurla inkişaf etdiyini bildirib.
Görüşün
sonunda Şahin Mustafayev Azərbaycan hökuməti adından
başsağlığı verib və matəm
kitabına ürək sözlərini yazıb.
Azərbaycan.-
2020.- 29 fevral.- S.6.