A.F.Brovkinanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında elmi əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə, Alevtina Fyodorovna Brovkina "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 iyun 2020-ci il

Azərbaycan.-2020.- 1 iyul.- S.2.