“Hərbi
qulluqçuların statusu haqqında”, “İnzibati icraat
haqqında”, “Təhsil haqqında” və “Elm
haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan
Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli
Qanunu ilə təsdiq edilmiş
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”də
və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
1-ci və 18-ci bəndlərini
rəhbər tutaraq qərara alır:
Maddə 1. "Hərbi
qulluqçuların statusu
haqqında” Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikası
Ali Sovetinin Məlumatı,
1992, ¹ 4, maddə 79; 1993, ¹ 5, maddə 132; Azərbaycan Respublikasının 1995-ci il
2 may tarixli 1030 nömrəli
Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1997, ¹ 5, maddə
378; 1998, ¹ 1, maddələr 15, 16; 1999, ¹ 4,
maddə 228, ¹ 5, maddə
286; 2001, ¹ 1, maddə 16, ¹ 6, maddə 363, ¹ 11, maddə
694, ¹ 12, maddələr 731, 736; 2004, ¹ 2, maddə 57, ¹ 3, maddə
133, ¹ 4, maddələr 199, 212, ¹ 7, maddə 507, ¹ 8, maddə
596; 2005, ¹ 10, maddə 871, ¹ 12, maddə 1093; 2006, ¹ 4, maddə
312, ¹ 11, maddə 933; 2007, ¹ 6, maddə 561, ¹ 8, maddə
756, ¹ 11, maddələr 1053, 1078; 2008, ¹ 3, maddə 156, ¹ 6, maddələr
462, 481, ¹ 8, maddə 709, ¹ 12, maddə 1048; 2010, ¹ 3, maddə
171, ¹ 6, maddə 482; 2011, ¹ 2, maddə 71; 2014, ¹ 11, maddə
1333; 2015, ¹ 10, maddə 1085; 2016, ¹ 6, maddə 1011) 12-ci maddəsinin
3-cü hissəsində "alimlik” sözü "elmi” sözü ilə əvəz edilsin.
Maddə 2. "İnzibati
icraat haqqında” Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005, ¹ 12, maddə
1084; 2006, ¹ 12, maddə 1031; 2008, ¹ 6, maddə 462; 2011, ¹ 7, maddə
592; 2014, ¹ 12, maddə 1516; 2016, ¹ 4, maddə 643; 2018, ¹ 12 (I kitab),
maddələr 2470, 2530; 2019, ¹ 1, maddələr 5, 21, ¹ 2, maddə
184; 2020, ¹ 12, maddə 1901) 73.1-ci maddəsinə "müddətində”
sözündən sonra
", elmi dərəcələr
və elmi adlar verilməsi, xarici ölkələrdə
verilmiş elmi dərəcələr və
elmi adlar haqqında sənədlərin
nostrifikasiyası (ekvivalentliyinin
müəyyən edilməsi
və tanınması)
və ya təkrar attestasiya əsasında tanınması,
elmi dərəcədən
və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin
bərpası) ilə
bağlı inzibati aktlara münasibətdə
isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində”
sözləri əlavə
edilsin.
Maddə 3. "Təhsil
haqqında” Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, ¹ 9, maddə 684; 2011, ¹ 2, maddə 70; 2014,
¹ 1, maddə 3; 2015, ¹ 11, maddə
1266; 2016, ¹ 1, maddə 41, ¹ 11, maddə 1766; 2017, ¹ 2, maddə
145, ¹ 5, maddə 691, ¹ 7, maddələr
1277, 1300, ¹ 12 (I kitab), maddə
2202; 2018, ¹ 7 (I kitab), maddələr
1381, 1409, ¹ 11, maddə 2208; 2019, ¹ 5, maddə 798, ¹ 7, maddə
1190, ¹ 8, maddə 1382; 2020, ¹ 11, maddə 1684, ¹ 12, maddə
1881) aşağıdakı dəyişikliklər edilsin:
3.1.
1.0.37-ci maddədə və
22.15-ci maddənin birinci
cümləsində "pedaqoji”
sözü "elmi-pedaqoji”
sözləri ilə əvəz edilsin;
3.2.
22.14-cü maddənin birinci
cümləsinə "elmi-pedaqoji”
sözlərindən əvvəl
"elmi və” sözləri əlavə
edilsin;
3.3.
36.3-cü maddəyə "elmi-pedaqoji” sözlərindən
əvvəl "elmi və” sözləri əlavə edilsin.
Maddə 4. "Elm haqqında”
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 8, maddə
1366; 2018, ¹ 11, maddə 2198; Azərbaycan Respublikasının
2020-ci il 24 aprel tarixli
59-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər
edilsin:
4.1.
6.0.25-ci maddədə "tanınması
və bərabər tutulması” sözləri
"nostrifikasiyası (ekvivalentliyinin
müəyyən edilməsi
və tanınması)
və təkrar attestasiya əsasında tanınması” sözləri
ilə əvəz edilsin;
4.2. 18-ci maddə üzrə:
4.2.1.
18.1-ci maddədə "müəssisələrdə
və” sözləri
"müəssisə və
təşkilatlarda,” sözləri
ilə, "müəssisələrin”
sözü "müəssisə
və təşkilatların”
sözləri ilə əvəz edilsin və həmin maddəyə "şuralarının”
sözündən əvvəl
"(elmi-texniki)” sözləri
əlavə edilsin;
4.2.2.
18.3-cü maddədə "Azərbaycan Respublikasında
elmi müəssisələrdə
və” sözləri
"Elmi dərəcəsi
olan, habelə Azərbaycan Respublikasında
elmi müəssisə
və təşkilatlarda,”
sözləri ilə əvəz edilsin;
4.2.3.
18.5-ci maddənin ikinci
cümləsində "plagiat
faktının” sözləri
"elmi plagiat” sözləri ilə əvəz edilsin;
4.3. 19-cu maddə üzrə:
4.3.1.
19.1-ci maddə aşağıdakı
redaksiyada verilsin:
"19.1.
Dissertasiya şurası
vahid sistem əsasında, uyğun ixtisaslar üzrə elmin, texnikanın, təhsilin, mədəniyyətin
və incəsənətin
müxtəlif sahələrində
daim elmi araşdırmalar aparan, yüksəkixtisaslı elmi
kadr potensialı olan mülkiyyət formasından asılı olmayaraq, elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində
onların vəsatəti
əsasında fəlsəfə
doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin
təşkili üçün
ali attestasiya orqanı tərəfindən
yaradılır.”;
4.3.2.
19.2-ci maddədə "qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir” sözləri
"müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqanın (qurumun) təsdiq etdiyi əsasnaməyə uyğun
həyata keçirilir”
sözləri ilə əvəz edilsin;
4.3.3.
19.3-cü maddənin ikinci
cümləsində "yaradılan
birdəfəlik şurada”
sözləri "yaradılmaqla,”
sözü ilə əvəz edilsin;
4.3.4.
19.4-cü maddəyə "dissertantı” sözündən
sonra ", adyunktu” sözü və "müəssisə və” sözlərindən sonra
"təşkilat,” sözü
əlavə edilsin;
4.3.5.
19.5-ci maddə aşağıdakı
redaksiyada verilsin:
"19.5.
Dissertasiya işinin elmi rəhbəri (elmi məsləhətçisi),
rəsmi opponentlər,
dissertasiya şuralarının
və onların nəzdində yaradılan
elmi seminarların sədrləri və üzvləri müdafiə
olunmuş dissertasiya işinin məzmununun və elmi yeniliyinin
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi
orqanın (qurumun) təsdiq etdiyi əsasnamənin tələblərinə
uyğunluğunun müəyyən
edilməsinə görə
cavabdehdirlər.”;
4.4. 20-ci maddə üzrə:
4.4.1.
20.1-ci maddədə "müəssisənin
və” sözləri
"müəssisə və
təşkilatın,” sözləri
ilə əvəz edilsin və "dissertantlığını” sözündən
sonra ", adyunkturasını”
sözü əlavə
edilsin;
4.4.2.
20.2-ci maddədə "müəssisənin
və” sözləri
"müəssisə və
təşkilatın,” sözləri
ilə, "adlara dair attestatlar həmin müəssisənin”
sözləri "adı
təsdiq edən attestatlar həmin müəssisə və təşkilatın” sözləri
ilə əvəz edilsin;
4.5.
27.3.9-cu maddədə "tanınması
(nostrifikasiyası) və
ya təkrar attestasiyası” sözləri
"nostrifikasiyası (ekvivalentliyinin
müəyyən edilməsi
və tanınması)
və ya təkrar attestasiya” sözləri ilə əvəz edilsin;
4.6. 33.3-cü maddəyə "işçilərin” sözündən əvvəl "və elmi-pedaqoji” sözləri əlavə edilsin.
Maddə 5. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 1, maddə 14; 2001, ¹ 3, maddələr 138, 145, 146, 147, ¹ 12, maddələr 731, 745; 2002, ¹ 6, maddə 328, ¹ 8, maddə 464; 2004, ¹ 2, maddə 57, ¹ 11, maddə 886; 2005, ¹ 7, maddələr 576, 588, ¹ 10, maddə 871; 2006, ¹ 4, maddə 312, ¹ 11, maddə 933; 2007, ¹ 8, maddə 756, ¹ 11, maddə 1078; 2008, ¹ 7, maddə 602, ¹ 8, maddə 695, ¹ 12, maddə 1048; 2010, ¹ 6, maddə 482; 2011, ¹ 2, maddə 71; 2015, ¹ 5, maddə 501; 2015, ¹ 10, maddə 1086, ¹ 11, maddə 1250; 2016, ¹ 1, maddə 16; 2017, ¹ 3, maddə 328, ¹ 12 (I kitab), maddə 2207; 2018, ¹ 12 (I kitab), maddə 2488; 2019, ¹ 2, maddə 180) ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 147-ci maddəsinin 4-cü hissəsində "alimlik” sözü "elmi” sözü ilə əvəz edilsin.
Maddə 6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 10, maddə 762, ¹ 12, maddə 973; 2010, ¹ 7, maddə 587; 2011, ¹ 6, maddə 485, ¹ 7, maddə 593; 2012, ¹ 5, maddə 410; 2013, ¹ 1, maddə 16, ¹ 11, maddə 1267; 2016, ¹ 1, maddə 12; 2017, ¹ 4, maddə 522, ¹ 5, maddə 752, ¹ 11, maddə 1976; 2018, ¹ 5, maddələr 855, 878, ¹ 7 (I kitab), maddə 1440; 2019, ¹ 1, maddə 23, ¹ 7, maddə 1199; 2020, ¹ 12, maddə 1899) 38.1-ci maddəsinə "müddətində” sözündən sonra ", elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 may 2020-ci il
Azərbaycan.-2020.-
1 iyul.- S.2.