“Hərbi
qulluqçuların statusu haqqında”, “İnzibati icraat
haqqında”, “Təhsil haqqında” və “Elm
haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan
Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli
Qanunu ilə təsdiq edilmiş
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”də
və Azərbaycan Respublikasının İnzibati Prosessual
Məcəlləsində dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2020-ci il
8 may tarixli 91-VIQD
nömrəli Qanununun tətbiqi və Azərbaycan
Respublikası Prezidentinin “Azərbaycan
Respublikasının Prezidenti yanında Ali Attestasiya
Komissiyasının fəaliyyətinin təmin edilməsi
haqqında” 2003-cü il 21 fevral tarixli 857 nömrəli,
“Elm haqqında” Azərbaycan
Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli
Qanununun tətbiqi barədə” 2016-cı
il 9 avqust tarixli 1009 nömrəli fərmanlarında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Hərbi qulluqçuların statusu
haqqında”, "İnzibati
icraat haqqında”,
"Təhsil haqqında”
və "Elm haqqında”
Azərbaycan Respublikasının
qanunlarında, Azərbaycan
Respublikasının 1997-ci il
3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında”
Əsasnamə”də və
Azərbaycan Respublikasının
İnzibati Prosessual Məcəlləsində dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2020-ci il 8 may tarixli
91-VIQD nömrəli Qanununun
tətbiqi ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 2003-cü il
21 fevral tarixli 857 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2003, ¹ 2, maddə 89; 2008, ¹ 6, maddə 487; 2009, ¹ 12, maddə
983; 2011, ¹ 2, maddə 85; 2017, ¹ 7, maddə 1354, 2019, ¹ 6, maddələr
1019, 1020) ilə təsdiq
edilmiş "Azərbaycan
Respublikasının Prezidenti
yanında Ali Attestasiya
Komissiyası haqqında
Əsasnamə”də aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 4.5.12-ci yarımbəndə "şuralarının” sözündən əvvəl "(elmi-texniki)” sözləri əlavə edilsin;
1.2. 4.5.24-cü yarımbəndə "şuraların” sözündən əvvəl "(elmi-texniki)” sözləri əlavə edilsin.
2. "Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 8, maddə 1370; 2017, ¹ 11, maddə 2028; 2019, ¹ 7, maddə 1231; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 may tarixli 1025 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.2-ci bəndə "19.2-ci,” sözlərindən sonra "19.5-ci,” sözləri əlavə edilsin;
2.2. 2.2-1-ci bənddə "39.6-cı maddəsində” sözləri "19.2-ci, 19.5-ci və 39.6-cı maddələrində” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn
məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 iyun
2020-ci il
Azərbaycan.-2020.-
1 iyul.- S.3.