Ruanda
Respublikasının Prezidenti
Zati-aliləri cənab
Pol Kaqameyə
Hörmətli
cənab Prezident,
Ölkənizin
milli bayramı – Müstəqillik Günü münasibətilə
Sizi və Sizin simanızda bütün xalqınızı
öz adımdan və Azərbaycan xalqı adından səmimi
qəlbdən təbrik edirəm.
Azərbaycan
ilə Ruanda arasında ikitərəfli əlaqələrin,
beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı
çərçivəsində əməkdaşlığın
inkişafı üçün imkanlar mövcuddur.
Fürsətdən
istifadə edərək Sizə möhkəm
cansağlığı, işlərinizdə uğurlar,
ölkənizə əmin-amanlıq və tərəqqi
arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 30 iyun
2020-ci il.
Azərbaycan.-2020.- 1 iyul.- S.2.