Hikmət Hacıyev: Azərbaycan regionalqlobal səviyyədə koronavirusla mübarizəyə öz töhfəsini verir

 

Azərbaycan Respublikası milli, regional və qlobal səviyyədə koronavirusla mübarizəyə öz töhfəsini verir, beynəlxalq səviyyədə olan səyləri yaxından dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 30-da keçirilən brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Dünyada koronavirusla bağlı vəziyyət heç də ürəkaçan deyil. Ümumdünya Səhiyyə Təşkilatı və digər aidiyyəti təşkilatlar tərəfindən verilən məlumatlara əsasən, dünya miqyasında koronavirusa yoluxan insanların sayı 10 milyonu ötüb. Ölənlərin sayı isə artıq 500 mindən çoxdur. Son onilliklər ərzində dünyada bu qəbildən pandemiya olmayıb. Ən böyük çətinlik də ondan ibarətdir ki, qarşıda bütün dünya dövlətlərini qeyri-müəyyənlik gözləyir. Koronavirus yalnız səhiyyə, sağlamlıq problemi kimi qəbul edilməməlidir. Koronavirus dünyada çox böyük sosial, iqtisadi, humanitar fəsadlara yol açır”, - deyə Hikmət Hacıyev vurğulayıb.

 

Azərbaycan.-2020.- 1 iyul.- S.4.