Multikultural dinlərarası dialoqda dini kimlik

 

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Brüssel Protestant İlahiyyatı Dini Tədqiqatlar fakültəsinin birgə təşkilatçılığı ilə "Multikultural dinlərarası dialoqda dini kimlik: Azərbaycan Belçika modelimövzusunda videokonfrans keçirilib.

Açılışda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çağdaş dünyamızda dini dözümlülüyün mövcudluğunun çox vacib amil olduğunu vurğulayaraq, bu cür görüşlərin təşkilinin vacibliyindən söz açıb. O, Azərbaycanda birgəyaşayış modelinin beynəlxalq təhlükəsizliyə verdiyi töhfələrdən ətraflı danışıb.

Belçika Krallığında fəaliyyət göstərən Brüssel Protestant İlahiyyatı və Dini Tədqiqatlar fakültəsinin dekanı professor Yohan Temmerman isə tədbirin mövcud əlaqələrin genişləndirilməsində və qarşılıqlı münasibətlərin formalaşmasında əhəmiyyətindən söz açıb.

Brüssel Protestant İlahiyyatı və Dini Tədqiqatlar fakültəsinin eksperti və məruzəçisi professor L.J.Parlevliet dini təhsilin əhəmiyyəti mövzusunda çıxış edib. Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov Azərbaycan tolerantlığının sosial-tarixiteoloji əsaslarından bəhs edən məruzə ilə çıxış edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxışında Azərbaycanda həyata keçirilən multikulturalizm siyasətindən bəhs edərək, mədəniyyətlərarası və dinlərarası dialoq platformasının əhəmiyyətini vurğulayıb. Videokonfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Xarici əlaqələr şöbəsinin müdiri Əli Həziyev, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov, Aİİ-nin Xarici əlaqələr üzrə baş mütəxəssisi Şahin Ələsgərov məruzələrlə çıxış ediblər.

Konfransda Azərbaycan və Belçika modelləri başda olmaqla, tolerantlıq və multikulturalizmin müxtəlif modellərinin dərindən araşdırılması, bəşəri dəyərlər sisteminin daha da zənginləşdirilməsinə töhfə verəcək təcrübələrin sistemləşdirilməsi məqsədilə işçi platformanın yaradılması təklif edilib. Qeyd olunan istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsi ilə bağlı konkret mexanizmin akademik səviyyədə işlənilməsinin zəruriliyi vurğulanıb, irqçilik, radikalizm, ksenofobiya, islamofobiya, diskriminasiyadini dözümsüzlük əleyhinə, həmçinin mədəniyyətlərarası, dinlərarası dialoqun inkişaf etdirilməsinə dair müştərək seminar, "dəyimi masa” və konfransların təşkili imkanları müzakirə olunub. Sözügedən məsələlərin araşdırılması məqsədilə hər iki ali təhsil müəssisəsinin müvafiq sahə üzrə alim və mütəxəssislərindən ibarət işçi qrupunun yaradılması prioritet məsələ kimi razılaşdırılıb.

 

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2020.- 1 iyul.- S.5.