Harvardda təkmilləşən alim ömrü

 

Dünyanın ən nüfuzlu universitetində təhsil alan iqtisadçı Aqşin ƏLİYEV: "Pandemiyapostpandemiya dönəmində özünü inkişaf etdirməyin müstəsna əhəmiyyəti var

 

 

Qədim romalılar hesab edirdilər ki, insan həyatını şəkilləndirən iki zər var. Birinci zər doğuşdan atılır, ikincisi isə insanın mübarizəsi, təhsili və özünü inkişaf etdirməsinə görə şəkillənir. Türkiyəli yazar Mümin Sekman isə bura bir zər də əlavə edir. Onun fikrincə, insanın uğur formulu üç şeydən formalaşır - doğuşdan gələn, sonradan inkişaf etdirilən və uğur imkanlarını istifadə etmək bacarığı. Yəni ilk bacarıq anadagəlmədir, ikincisi təhsil, təlim və ətraf mühitlə qazanılır. Üçüncüsü isə özünü inkişaf etdirməklə, yeni bilgilər qazanmaqla və öyrəndiklərini gündəlik həyatında tətbiq etməklə əldə olunur...

Onun da taleyi və karyerası bu üç zərin toplamı əsasında qurulub. Hesab edir ki, həyatda nəyəsə nail olmaq üçün əsas şərt öz uğur formulunu tapmaqdır. Bu formulun içində isə mütləq çox çalışmaq, öz üzərində işləmək, həyatda qarşına qoyduğun məqsədə doğru inamla irəliləmək ilk sıralarda durur. İqtisad üzrə fəlsəfə dokroru, gənc alim Aqşin Əliyev özünün "Uğur formulundan danışır.

Aqşin Əliyev 1988-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. 132 saylı orta məktəbdə oxuyub. 2008-ci ildə Bakı Dövlət Universitetini iqtisadi nəzəriyyə ixtisası üzrə bitirib. 2009-2011-ci illərdə İngiltərənin Gloucestershire Universitetində Beynəlxalq Biznes ixtisası üzrə magistratura təhsili alıb. 2016-cı ildə "Ümumdünya Ticarət Təşkilatının Azərbaycanın kənd təsərrüfatının iqtisadi inkişafına təsirinin qiymətləndirilməsi” mövzusunda doktorantura işini müdafiə edərək iqtisad üzrə fəlsəfə dokroru elmi dərəcəsinə yiyələnib. Beləliklə, 28 yaşında gənc alim adını qazanıb.

Hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçisidir. İndiyədək 10-dan çox elmi konfransın və 15-ə yaxın təlim, seminar və layihələrin iştirakçısı olub, sertifikatdiplomla təltif edilib. 2018-ci ildə BMT Bakı Ofisiİqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunan II Respublika İnnovasiya Müsabiqəsində "Sahibkarlar üçün elektron məlumat portalı və mobil tətbiq” adlı layihəsi üzrə mükafata layiq görülüb. Eyni zamanda həmin il UNEC Tədqiqat Fondu tərəfindən keçirilən "Heliosqrant müsabiqəsinin qalibi olub. Azərbaycan, ingilisrus dillərində 15-dən çox elmi məqalənin müəllifidir, tədqiqat yazıları yerli və beynəlxalq elmi jurnallarda dərc olunub. Hazırda isə Harvard Universitetinin "Qabaqcıl İqtisadi İnkişaf” proqramı üzrə ixtisasartırma təhsili alır.

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Corc Bernard Şou deyirdi ki, bu dünyada uğuru yalnız bunun üçün lazım olan şəraiti axtaran tapır; tapmasa, bu şəraiti o özü yaradır. Aqşin Əliyev o şəraiti İngiltərədə təhsil aldığı zaman tapıb. Özünün təbirincə desək, məktəb vaxtı əlaçı şagirdlərdən olmayıb. Ona görə ağlına da gəlməzdi ki, nə vaxtsa Harvard Universitetində təhsil alacaq. Lakin İngiltərəyə gedəndən, o ab-havanı görəndən sonra təhsilin insan həyatında nə qədər önəmli olduğunu anlayıb. Öz üzərində çalışmağa, biliyini artırmağa səy göstərib.

Aqşin Əliyevin babası və nənəsi pedaqoq, atası iqtisadçı, anası elmi işçidir. Riyaziyyata, rəqəmlərə, elmə olan maraq ona elə uşaqlıqdan ailəsindən keçib. Özü də 23 yaşından elmi-pedaqoji sahədə çalışır. "Odlar Yurdu” Universitetində iqtisadiyyat, makroiqtisadiyyat, vergi siyasətini tədris edir. Eyni zamanda Dövlət Vergi Xidmətinin tədris mərkəzində vergi əməkdaşlarına da ixtisasartırma sahəsində dərs keçir. "İlk dəfə 23 yaşımda müəllim kimi auditoriyaya daxil olmuşam. Elə bilmişdilər ki, tələbə yoldaşlarından biriyəm”, - deyə xatırlayır Aqşin Əliyev. Deyir ki, müəllimlik olduqca maraqlı peşədir. Tədris metodologiyasında isə nəzəriyyə ilə yanaşı, praktikanı da ona uyğunlaşdırmağa çalışır.

Gənc iqtisadçı hesab edir ki, ölkəmizdə savadlı, bacarıqlı, dünyagörüşlü gənclər çoxdur. Azərbaycanda gənclər qarşısında heç bir bürokratik əngəl yoxdur. Savadlı, bilikli, xaricdə təhsil almış, dünyagörüşlü gənclər irəli çəkilir. Elə ona görə də hazırda gənclər arasında rəqabət artıb. Aqşin Əliyev deyir:

- Son illər Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Ulu Öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir. "2007-2015-ci illərdə Azərbaycan Gənclərinin təhsili üzrə Dövlət Proqramı” gənclərin təhsil səviyyəsinin yüksəldilməsinin parlaq ifadəsidir. Həmin illərdə xaricdə təhsil almış gənclərdən biri kimi qeyd edə bilərəm ki, bu dövr ərzində gənclər siyasəti və gənclərlə sahəsində ölkəmizdə bir sıra mühüm nəticələr əldə olunub. Təsadüfi deyildir ki, 2020-Gələcəyə Baxış İnkişaf Konsepsiyasında da bu kimi məsələlər - insan kapitalının inkişafı, iqtisadi strukturun təkmilləşməsi, sosial-rifahın gücləndirilməsi yer alır. Məhz bu siyasətin nəticəsidir ki, mövcud pandemiya vəziyyəti ilə əlaqədar ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının icrası ilə bağlı Tədbirlər Planı təsdiq edilib.

Tədbirlər Planı 3 istiqaməti - iqtisadi artıma və sahibkarlığa dəstək, məşğulluq və sosial rifaha dəstək, makroiqtisadi və maliyyə sabitliyi kimi sahələri əhatə edir. Pandemiyapostpandemiya dövründə ölkə iqtisadiyyatının vəziyyətini təhlil etdikdə demək olar ki, Orta Şərq və Mərkəzi Asiyanın neft-qaz ixrac edən 11 ölkəsinin içərisində Azərbaycan iqtisadiyyatı pandemiyadan ən az zərər çəkən ölkələr arasında ilk üçlükdə yer alır. Hazırda ölkə Prezidentinin rəhbərliyi ilə hökumətin effektiv antiböhran tədbirləri hesabına iqtisadi tənəzzülün qarşısı daha səmərəli alınır. Beynəlxalq Valyuta Fondunun postsovet məkanında pandemiyadan əvvəl və sonrakı iqtisadi artımla bağlı verdiyi proqnozlarda ən az fərq Azərbaycanda qeydə alınıb. Bu o deməkdir ki, pandemiyanın təsirləri digər ölkələrlə müqayisədə bizim iqtisadiyyata daha az təsir edib. Eyni zamanda beynəlxalq reytinq agentliyi "Moody`s” 2021-ci il üçün proqnozlarında Azərbaycanın dövlət büdcəsində profisit yaranacağını qeyd edib. Təbii ki, bunun təməlində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən dövlət büdcəsi xərclərinin idarə olunmasındakı yeni yanaşmaların tətbiqi, fiskal idarəetmə və inzibatçılıq dayanır. Bundan başqa, 2020-ci ildə xüsusilə neft hasilatçıları və ixracatçıları ölkələrinin büdcələrinə yenidən baxmaq və optimallaşdırma siyasəti həyata keçirirlər. Buna görə də hazırkı dövrdə kəsirlərin olması proqnoz kimi gözlənilir. Nəticə olaraq qeyd etmək olar ki, indiki mərhələdə pandemiyanın iqtisadiyyata təsirinə qarşı antiböhran tədbirləri davam etdirilir, sabitlik qorunur və böhranın dərinləşməsinin qarşısı alınır. Növbəti mərhələdə isə iqtisadiyyatın bərpası prosesi başlanacaq ki, bu da sahibkarlığa dəstək, yüngül vergi yükünün tətbiqi və ucuz maliyyə imkanları kimi məsələləri əhatə edə bilər.

A.Əliyevin sözlərinə görə, müvəffəqiyyət qazanmaq üçün daim öz üzərində işləmək və təkmilləşmək lazımdır. Mütəxəssislər qeyd edirlər ki, həyatına başlamazdan əvvəl əldə olunan təhsil karyeranın ilk 3 ilini əhatə edir. Növbəti illərdə isə öz həmkarlarından fərqlənmək və əmək bazarında rəqabətcil olmaq üçün özünüinkişaf və özünütəkmilləşmə mütəmadi olmalıdır:

- Təhsil aldığım Harvard Universiteti dünyanın birnömrəli ali təhsil ocağıdır. Buranı dünyanın digər ali məktəblərindən fərqli edən məqamlar çoxdur. Fikrimcə, fərqli düşüncə tərzi, təhsil metodologiyası və müxtəlif ölkələrdən olan dövlət qurumlarının nümayəndələri və mütəxəssisləri ilə eyni auditoriyanı bölüşmək kimi faktorlar Harvard Universiteti seçimimdə əsas məqam oldu. "Qabaqcıl İqtisadi İnkişaf” proqramı iqtisadi artım və onun idarəedilməsi üzrə bilik və bacarıqlara yiyələnmək üçün ən yaxşı seçimdir. Xüsusilə də pandemiyapostpandemiya dönəmində iqtisadi artımı dəstəkləyən strategiyaların işlənib hazırlanması, struktur qərarlar qəbul etmək və idarəetmə bacarıqlarının inkişaf etdirilməsində "Qabaqcıl İqtisadi İnkişaf” ixtisasartırma kursunun müstəsna əhəmiyyəti var. Qrup yoldaşlarım arasında Ukrayna Maliyyə nazirinin müavini, Qazaxıstan Dövlət Sosial Təminat Fondunun direktoru, deputatlar, professorlar var. Pandemiya ilə əlaqədar olaraq dərslər onlayn keçirilir. Keçilən dərslərə uyğun olaraq hər həftə imtahan veririk. Avqustda diplomlarımız təqdim edilməlidir.

Aqşin Əliyev hesab edir ki, hər kəs öz uğurunun müəllifi olmalıdır. Uğur formulunun düsturu isə sadədir - hədəfə çatmaq üçün daim öz üzərində çalışmaq. Bəli, insan, ilk növbədə, həyatdakı hədəfini müəyyənləşdirməlidir. Özünü hansı sahədə görürsə, məhz ora can atmalı, daim üzərində çalışmalı, biliklərini artırmalıdır. Nəzəri biliklərlə yanaşı, sahəsində təcrübə toplamalıdır. Düşünmək olmaz ki, bir addım öndəyəm, vəssalam, dayanım. Əksinə, daim irəli can atmaq, özünü inkişaf etdirmək gərəkdir. Məhz bu zaman gənclər cəmiyyətə, dövlətə, xalqa faydalı ola bilərlər.

 

 

Xəyalə MURADLI

Azərbaycan.-2020.- 1 iyul.- S.5.