Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin videokonfrans formatında görüşü
olub
İyunun
30-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin
ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə
olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi
və iştirakı ilə videokonfrans formatında
görüşü olub.
Xarici
İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a verilən məlumata görə, bir saat davam edən
videokonfransda tərəflər Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi
prosesinin cari vəziyyətini müzakirə ediblər.
Nazir
Elmar Məmmədyarov Ermənistan tərəfindən Azərbaycanın
işğal edilmiş ərazilərində həyata
keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən
infrastruktur dəyişiklikləri məsələsini
qaldırıb.
Həmsədrlər son zamanlar aqressiv ritorikanın artdığını qeyd ediblər. Elmar Məmmədyarov Ermənistanın təxribat xarakterli hərəkətlərinin ritorikanın alovlanmasına gətirdiyini vurğulayıb.
Tərəflər qarşıdan gələn ay ərzində Minsk qrupunun həmsədrlərin vasitəçiliyi
və iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti videokonfrans formatında görüşünün
təşkilinə razılaşıblar. Həmçinin həmsədrlər
nazirlərin birbaşa təmaslarının
imkan olan ilk fürsətdə təşkili
imkanlarını araşdıracaqlarını qeyd
ediblər.
Azərbaycan.-2020.- 1 iyul.- S.5.