İlham Əliyev Ermənistan hakimiyyətini ifşa etdi

 

"Generalları oğru, qəhrəmanları cinayətkar, prezidentləri rüşvətxordur”

 

 

İki il öncə Ermənistanda uzun illər hakimiyyətdə olan kriminal xunta rejiminin çökməsində Azərbaycan Prezidenti İlham Əliyevin bu işğalçı ölkəyə qarşı tətbiq etdiyi təcrid siyasəti də mühüm rol oynayıb.

Söhbət ondan gedir ki, məhz bu təcrid Ermənistanı regionda həyata keçirilən transmilli layihələrdən kənarda qoymaqla təcavüzkar ölkəni böyük sosial-iqtisadi problemlər məngənəsinə yuvarlaya bilib. Nəticədə yaranmış durumdan bezən xalq Serj Sarkisyan iqtidarının devrilməsində mühüm rol oynayıb.

Birmənalı həqiqətdir ki, Ermənistanın dövlət olaraq varlığını davam etdirə bilməsi Azərbaycanla normal münasibətlərin qurulmasından, işğal siyasətindən əl çəkməsindən keçir. Əks təqdirdə Ermənistanın indiki çöküşü davam edəcək, ölkə daha böyük sürətlə tənəzzül girdabına yuvarlanacaq. Yerevan qonşu ölkələrin hamısı ilə münasibətlərini normallaşdırmasa, Dağlıq Qarabağdan silahlı qüvvələrini çəkib işğala son qoymasa, hakimiyyətdə kimin təmsilçiliyindən asılı olmayaraq, bu ölkədə hansısa iqtisadi tərəqqidən danışmaq mümkün deyil.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu günlərdə Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin açılışındakı çıxışında deyib ki, Ermənistanın müstəqillik tarixi prinsipcə rüsvayçılıq tarixidir. Dövlət başçısı vurğulayıb ki, indiki iqtidar artıq dəfələrlə bəyan və sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur: "...Onların bir çoxu həbs edilib. Məlum olub ki, onların generalları oğrudur, əsgər tuşonkasını oğurlayıb, sonra bazarlarda satdırırdılar. Onların qəhrəmanları cinayətkardır, onların prezidentləri rüşvətxordur. İndiki hakimiyyət bunları açdı-tökdü. Onsuz da biz bunu bilirdik, indi bütün dünya bunu bilir. Yəni belə çıxır ki, 20 il ərzində bu dırnaqarası müstəqil ölkəyə quldur, rüşvətxor və cinayətkarlar rəhbərlik edib. Bu ölkəyə nə ad vermək olar? Hələ 30 il yoxdur, guya müstəqil ölkə kimi yaşayır, əgər 20 il quldurlar rəhbərlik edibsə, nə ad vermək olar - quldur ölkəsi, cinayətkar ölkəsi”.

İndi dünya miqyasında da birmənalı qəbul olunan həqiqət budur ki, işğal siyasətinə son qoymayacağı təqdirdə qarşıdakı dövr ərzində Ermənistanı daha böyük problemlər gözləyir. Hakimiyyətin dəyişməsi ilə nəticələnmiş inqilab eyforiyasından 2 il müddət vaxt keçməsinə baxmayaraq Ermənistanda mövcud sosial-iqtisadi problemlər yenidən ön plana çıxıb. İndi cəmiyyət Paşinyan hakimiyyətindən üzləşdikləri sosial çətinliklərin həllini tələb edir. Amma bunun üçün lazımi resurslar olmadığından ölkəni yenidən aksiyalar, tətillər bürüyüb.

Bütün regional layihələrdən, inteqrasiya proseslərindən kənarda qalan Ermənistan işğalçılıq siyasətindən əl çəkməyənə qədər istənilən hakimiyyət dəyişikliyi bu ölkədəki problemləri aradan qaldırmaq iqtidarında deyil. Məsələnin bu tərəfinə toxunan Prezident İlham Əliyev deyib: "Yaxşı, baxaq görək, 2018-ci ildən bu yanabaş verib. Guya orada demokratik inqilab olub. Hamısı yalandır. O pullar oraya haradan axıdılıb, biz bunu bilirik, yəqin ki, erməni xalqı da bilir. İndiki hakimiyyət hansı xarici dairələrdən idarə olunur, bunu hər kəs bilir. Sadəcə olaraq, indiki rəhbərlərin tərcümeyi-halına baxın, görün bunlar hansı fondlarda işləyiblər, kimdən pul alıblar. Postsovet məkanında həmin dırnaqarası inqilabları, əslində, qanlı çevrilişləri təşkil edənlər indiki Ermənistan rəhbərlərinin himayədarlarıdır. Onları idarə ediblər və əlbəttə ki, xalqda o çirkin kriminal, xunta rejiminə nifrət böyük idi. Ondan istifadə edib hakimiyyəti zəbt ediblər. Ondan sonrabaş verir? Ondan sonra hazırda Ermənistanda artıq diktatura hökm sürür. Bu, qaçılmaz faktdır. Onlarda təqribən bir il bundan əvvəl həbsdə olan bir jurnalist axıra qədər aclıq elan edirölür. Heç bir beynəlxalq təşkilat, Avropa Şurası, ATƏT-in mətbuat üzrə xidməti bir səs belə çıxarmırlar. Nə üçün? Çünki bilirlər ki, indiki Ermənistanın rəhbərləri kimdir”.

Azərbaycan danışıqlar prosesində həmişə ədalətli, prinsipial və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirib. Bu dəyişməz mövqeyi Prezident İlham Əliyev xarici ölkələrə səfərlərində, eləcə də ölkəmizə gələn nüfuzlu beynəlxalq təşkilatların və dövlətlərin rəhbərlərinin diqqətinə dəfələrlə çatdırıb. Rəsmi Bakı istənilən beynəlxalq gərginlik və münaqişənin ayrı-ayrı dövlətlərin siyasi iddiaları, ikili standartlar sayəsində deyil, məhz aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında həllinin tərəfdarı kimi çıxış edir.

İşğal faktı ilə barışmayacağını hər zaman bəyan edən Azərbaycan danışıqların sonadək nəticəsiz qalacağı təqdirdə münaqişənin həllində güc yoluna əl atacağını gizlətmir. Söhbət ondan gedir ki, Ermənistan və Azərbaycan arasında 1994-cü il mayın 12-də atəşkəs rejiminin tətbiqini nəzərdə tutan Bişkek müqaviləsinin imzalanmasından 16 il keçsə də, Yerevanın qeyri-konstruktiv, təcavüzkar siyasəti üzündən beynəlxalq birliyin münaqişəni dinc yolla tənzimləmək cəhdləri hələ ki fayda verməyib.

Ötən illərdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) vasitəçiliyi ilə aparılan üzücü və gərgin danışıqlar prosesi bir neçə dəfə problemin real həlli müstəvisinə yönəlsə də, Ermənistan rəhbərliyinin aşkar siyasi cığallığı və siyasi qətiyyətsizliyi üzündən sülhə gəlmək mümkün olmayıb.

Ermənistanın təcavüzkar dövlət olmasına, işğalçılıq siyasəti yürütməsinə açıq-aşkar göz yumulur. Bu, bir yana, "demokratiya carçıları” Azərbaycandakı müsbət meyillərə kölgə salmağa çalışdıqları halda, təcavüzkar dövlətin daxilində cərəyan edən antidemokratik proseslərə, dövlətin antihumanist, insanlığa qarşı yönəlmiş zorakı addımlarına da göz yumurlar. Dünənə qədər demokratiyaqanunçuluqdan dəm vuran Paşinyan vəzifəsini qoruyub saxlamaq üçün ən radikal addımlara gedir. Ona qarşı çıxan qüvvələr indi sərt şəkildə Paşinyanı müxtəlif məsələlərdə ittiham edərək, ölkəni uçuruma doğru yuvarladığını bildirirlər. Qeyd olunur ki, Ermənistanın gələcəyi əvvəllərdə olduğu kimi, bu günPaşinyan üçün elə də bir önəm kəsb etmir. Çünki hələ 2018-ci ildə Paşinyan hakimiyyətə gətiriləndə Ermənistanda çoxları onun ölkəyə rəhbərlik etmək iqtidarında olmadığını yaxşı anlayırdılar. Göründüyü kimi, bu da özünü çox gözlətmədi - koronavirus böhranı onun nəyə qadir olduğunu ortaya qoydu.

Belə vəziyyətdə baş nazir Paşinyan rəqiblərə qarşı gücü işə salır. Ümumiyyətlə, Paşinyanın tapşırığı ilə indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılıb və hazırda istintaq davam edir. Gələcəkdə özünə rəqib olacaqya rəqib olmaq ehtimalı olan istənilən şəxsi korrupsiya ilə mübarizə ittihamı ilə həbs etmək tam gözləniləndir. Ölkədə siyasi repressiyalar həyata keçirilir və Paşinyanın yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdır. Məsələnin bu tərəfinə də toxunan Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanda siyasi opponentlər təqib edilir, həbs olunur, konstitusiyaya qanunsuz dəyişikliklər edilir. Halbuki bu dəyişikliklər ancaq referendumda edilə bilər. Gördülər ki, referendumda keçməyib, parlamentdə dəyişikliklər etdilər. Deməli, hakimiyyət bölgüsü tamamilə pozulub: "Qanunvericilik hakimiyyəti, icra hakimiyyəti, məhkəmə-hüquq sahəsi artıq bir adamın əlindədir, bir alətdir və bu diktatura möhkəmlənir. Eyni zamanda Ermənistanda korrupsiya, talançılıq, rüşvətxorluq, qohumbazlıq kütləvi xarakter alıb. İndi bunu artıq üzə çıxardırlar. Sən demə, qaçaqmalçılıqla baş nazirin özüonun ailəsi məşğuldur. Siqaret qaçaqmalçılığının başında baş nazir, onun ailəsi, yaxınları dayanır. Ondan sonra zəngin adamlarına qarşı cinayət işləri açılır, sonra da onlar məcbur edilir ki, - bir fond yaradıblar, - o pulları fonda köçürsünlər. O fonddan da bu pullar çəkilir, mənimsənilir. Yəni bu gün Ermənistanın baş nazirionun yaxın qohumları, ətrafı rüşvətxorluq rəmzinə çevrilib. Baxın, bunların maliyyə imkanları iki il bundan əvvəl nə idi, indi nədir. Ona görə Ermənistanda diktatura hökm sürürbu, nə qədər belə çox davam edərsə, orada problemlər böhranlı həddə bir o qədər tez çatacaq”.

Bütün bunlar göstərir ki, qarşıdakı dövrdə də Ermənistanda sabitlik olmayacaq.

 

 

Elçin CƏFƏROV

Azərbaycan.-2020.- 2 iyul.- S.1;6.