“Azərbaycan Respublikasının xarici ölkələrlə əməkdaşlığı üzrə birgə komissiyaların Azərbaycan tərəfinin fəaliyyəti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası xarici dövlətlərlə ticarət-iqtisadi, elmi-texniki, humanitar, eləcə qarşılıqlı maraq doğuran digər sahələrdə əlaqələrin genişləndirilməsinə gələcək əməkdaşlıq perspektivlərinin müəyyən edilməsinə mühüm önəm verir.

Ötən illərdə xarici tərəfdaşlarla qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi milli iqtisadiyyatımızın şaxəli inkişafına onun qlobal iqtisadiyyata sıx inteqrasiyasına mühüm töhfə vermişdir. Xarici ölkələrlə əməkdaşlıq üzrə yaradılmış birgə komissiyaların Azərbaycan tərəfi bu istiqamətdə görülən işlərin effektiv həyata keçirilməsinə əhəmiyyətli dəstək göstərmişdir.

Azərbaycan Respublikasının xarici ölkələrlə əməkdaşlığı üzrə birgə komissiyaların Azərbaycan tərəfinin fəaliyyətinin effektiv formada təşkili hesabatlığının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Azərbaycan Respublikasının xarici ölkələrlə əməkdaşlığı üzrə birgə komissiyaların Azərbaycan tərəfinin fəaliyyəti haqqında Əsasnamətəsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyul 2020-ci il

Azərbaycan.-2020.- 2 iyul.- S.2.