“Qarabağ”,
30 yaşın mübarək!
30 il öncə - 1990-cı ilin may ayında Dağlıq Qarabağ və ətraf rayonlarda baş verən hadisələrin daha dəqiq və obyektiv işıqlandırılması üçün "Qarabağ” adlı qəzet təsis edildi.
Dağlıq
Qarabağ Muxtar Vilayəti üzrə Respublika Təşkilat
Komitəsinin orqanı kimi 1990-cı il iyul ayının 1-də
işıq üzü görən "Qarabağ” ilk gündən
Qarabağın tarixi, mədəniyyəti, adət-ənənəsi
və görkəmli şəxsiyyətləri haqqında
oxuculara ətraflı məlumat verməyə başlayıb.
Həmin
vaxt bölgədə erməni separatizmi baş qaldıraraq azərbaycanlılara
qarşı torpaq iddiası ilə bölgədə
müharibə şəraiti yaratmışdı.
Qəzetin
əməkdaşları münaqişənin
alovlandığı bütün nöqtələrdən real
vəziyyət haqqında respublika oxucularına və dünya
ictimaiyyətinə Azərbaycan və rus dillərində dəqiq
və operativ məlumatlar çatdırırdı.
40
min tirajla çap olunan "Qarabağ” qəzeti 27 fevral 1992-ci
il tarixli sayında - Xocalıda baş verən hadisələri
"Xocalıda soyqrımı törədildi”
başlıqlı xəbərlə tam dolğunluğu ilə
Azərbaycana yayan ilk qəzetlərdən olub.
Çox
böyük sıxıntılarla da olsa fəaliyyət
göstərən "Qarabağ” qəzetinin davamlı
çap olunmasını arzulayaraq "Qarabağ”lıları
30 illik yubileyləri münasibətilə təbrik edir, qəzetin
ilk redaksiyasının yerləşdiyi məkanına -
Ağdam şəhərinə DÖNÜŞÜNÜ diləyirik.
Azərbaycan.-2020.- 2 iyul.- S.7.