“Azərbaycan” İES yenidən Azərbaycana xidmət edir

 

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev iyunun 25-də Mingəçevir şəhərində səfərdə olub. Dövlət başçısı "Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuların əsaslı yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.

Qeyd edək ki, bu stansiya Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasıdır və ölkəmiz üçün mühüm strateji əhəmiyyət daşıyır.

Əvvəl tarixə qısa nəzər salaq. Ulu Öndər Heydər Əliyev elektrik enerji sisteminin inkişafına xüsusi əhəmiyyət verirdi. "Azərbaycan” İES-in tikintisinə də Ümummilli Liderin təşəbbüsü ilə 1974-cü ildə başlanmışdı. Stansiyanın birinci enerji bloku 1981-ci il oktyabrın 20-də, sonuncu 8-ci blok isə 1990-cı ildə istifadəyə verilmişdi. Bu, həmin dövrdə elektrik enerji sahəsində icra olunan ən böyük layihə idi.

Həmin dövrdə Azərbaycan SSRİ-nin tərkibində olduğu üçün müstəqil şəkildə belə bir nəhəng layihəni təkbaşına icra etmək gücündə deyildi. Ulu Öndər Azərbaycana birinci dəfə rəhbərliyi dövründə respublikada mükəmməl enerji infrastrukturunun yaradılmasına ehtiyac olduğunu gördübu məqsədlə Sovet İttifaqının rəhbərliyi qarşısında məsələ qaldırıb "Azərbaycan” İES-in tikintisinə icazə aldı. Onu da bildirək ki, həmin dövrdə hər bir iri layihənin icrası üçün mərkəzi büdcədən vəsait alınması tələb olunurdubu, asan məsələ deyildi.

Amma məhz Ulu Öndərin qətiyyəti sayəsində 1971-ci ildə mərkəz bu stansiyanın tikilməsi barədə qərar qəbul etdi.

Ümummilli Lider Heydər Əliyev Moskvada SSRİ Nazirlər Sovetinin birinci müavini kimi fəaliyyətə başlayandan sonra da bu stansiyanın tam istismara verilməsini diqqət mərkəzində saxladı. Bunun sayəsində stansiyanın qalan 7 bloku da vaxtında istismara verildi. Beləliklə, Ulu Öndərin uzaqgörənliklə tikintisinə nail olduğu "Azərbaycan” İES müstəqillik illərində ölkəmizin enerji təhlükəsizliyində xüsusi rol oynamağa başladı.

Bu gün Prezident İlham Əliyev də enerji infrastrukturunun yaradılmasına, ölkəmizin enerji asılılığının aradan qaldırılmasına xüsusi diqqət yetirir. Dövlət başçısının təşəbbüsü ilə son 16 ildə Azərbaycanda 30 elektrik stansiyası istifadəyə verilib. Bu dövrdə tikilən 800 meqavat gücündə "Cənub”, 300 meqavat gücündə "Səngəçal”, 525 meqavat gücündə "Sumqayıt”, 400 meqavat gücündə "Şimal-1” və "Şimal-2” elektrik stansiyaları öz istehsal gücünə görə digərlərindən fərqlənir.

Dövlət başçısı "Azərbaycan” İES-in yenidənqurmadan sonra açılışında enerji sahəsində görülən işləri yüksək qiymətləndirərək demişdir: "Biz 1990-cı illərdə bəzi hallarda xaricdən elektrik enerjisi alırdıq, çatmırdı. İndi isə biz ixrac edirik. Özübir ölkəyə yox, 3 ölkəyə elektrik enerjisi ixrac edirik. Bu gün mənə təqdim edilən "QobuElektrik Stansiyasının tikintisi nəticəsində 300 meqavat əlavə güc əldə edəcəyik, ixracı daha da artıracağıq və ölkəmizin artan sənaye potensialını enerji ilə təmin edəcəyik. Əhali artır, sənaye artır, biznes fəaliyyəti artır - bütün bunlar enerji tələb edir. Bizim təbii resurslarımız var - qaz, neft. Stansiya həm qazla, həm mazutla işləyir. Elektrik xətlərimiz yenilənir, generasiya gücləri yaradılır, şəbəkə qurulub, yarımstansiyalar tikilir, bütün qonşu ölkələrlə yüksəkgərginlikli xətlər var. Ona görə bu gün Azərbaycan neft, qaz, yanacaq, elektrik enerjisini hasil edir, istehsal edirixrac edir. Yəni dünyada o qədər də çox ölkə bu dərəcədə çoxşaxəli fəaliyyətə sahib deyil”.

Söz vaxtına çəkər. 2018-ci il iyulun 3-də "Azərbaycan” İES-də baş verən qəza hələ yaddaşlardan silinməyib. Həmin gün ölkənin, paytaxt da daxil olmaqla, bütün bölgələrində elektrik enerjisi ilə təminatda problem yarandı. Anındaca dövlət başçısı qəzanın nəticələrinin aradan qaldırılması üçün operativ tədbirlərin görülməsi barədə tapşırıqlar verdi. Ardınca qəzanın nəticələrinin aradan qaldırılması ölkə rəhbərliyi səviyyəsində müzakirə edildi, "Azərenerji”nin rəhbərliyi dəyişdirildi və digər təsirli tədbirlər görüldü.

Nəticədə bu gün də "Azərbaycan” İES ölkəmizdə elektrik enerjisinin istehsalı üzrə mühüm yer tutur. Ölkənin enerjiyə olan tələbatının 40 faizi burada istehsal olunur. Stansiyadan əldə edilən elektrik enerjisi ölkənin ərazisinə 330 və 500 kilovoltluq elektrik verilişi xətləri ilə ötürülür. Burada həyata keçirilən yenidənqurma işlərindən sonra stansiyanın qoyuluş gücü 2400 MVt-a çatdırılıb və 600 MVt itirilmiş güc bərpa olunub. Bununla da "Azərbaycan” İES-in etibarlılığı artıb, dayanıqlığı, təhlükəsizliyi və səmərəliliyi təmin olunub.

Stansiyada bərpa işləri aparılarkən blokların təbii təsirlərdən qorunması və ən əsası, itkilərin azaldılması üçün izolyasiya işləri görülüb. Yenidənqurma proqramı çərçivəsində yararsız metal konstruksiyaları yenilənib, yük məhdudiyyətlərinə təsir edən regenerativ hava qızdırıcılarının daxili elementləri dəyişdirilib, turbin qurğularında zədələnmiş işçi kürəklər, hidrogenyağ istilik mübadilə aparatları təzələnib. Kimya sexi yenidən qurulub, reagent təsərrüfatı yenilənib, əlavə ehtiyat su çənləri yaradılıb. Həmçinin enerji blokunda sıradan çıxmış elektrik mühərriki və nasos avadanlıqları, istismar və təmir üçün tələb olunan liftlər, ağırtonnajlı yükqaldırıcı kran və mexanizmlərin elementləri, yüksəkgərginlikli cərəyan şinləri, güc və nəzarət kabelləri yenisi ilə əvəz olıunub, blokxüsusi sərfiyyat transformatorları təmir edilib. Bir sözlə, stansiya yenidən tam gücü ilə fəaliyyətə başlayıb.

 

Rüstəm KAMAL

Azərbaycan.-2020.- 3 iyul.- S.1;4.