Belarus
Respublikasının Prezidenti Zati-aliləri
cənab Aleksandr Lukaşenkoya
Hörmətli Aleksandr Qriqoryeviç.
Sizi
və Sizin şəxsinizdə bütün qardaş Belarus
xalqını milli bayramınız – Müstəqillik
Günü münasibətilə Azərbaycan xalqı
adından və şəxsən öz adımdan səmimi qəlbdən
təbrik edirəm.
Sizin
rəhbərliyinizlə həyata keçirilən
ardıcıl dəyişikliklər və struktur islahatları
ölkənizin sosial-iqtisadi inkişafında, vətəndaşların
rifahının təmin edilməsində yüksək nəticələr
qazanılması üçün etibarlı təməl olub.
Azərbaycan və Belarus xalqlarını tarixən formalaşmış dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək münasibətləri birləşdirir. Sevindirici haldır ki, dövlətlərarası konstruktiv dialoq ildən-ilə daha məzmunlu və dinamik olur.
Əminəm ki, ənənəvi dostluq əlaqələrinin hərtərəfli inkişafı və möhkəmlənməsi, habelə çoxplanlı Azərbaycan-Belarus qarşılıqlı əlaqələrinin sanballı potensialından istifadə edilməsi bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcək.
Hörmətli Aleksandr Qriqoryeviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Belarus Respublikasına isə firavanlıq və əmin-amanlıq arzu edirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 30 iyun 2020-ci il.
Azərbaycan.-2020.- 3 iyul.- S.3.