Rusiya Federasiyasının Prezidenti
Zati-aliləri cənab
Vladimir Putinə
Hörmətli Vladimir Vladimiroviç.
Rusiya Federasiyasının Konstitusiyasına
dəyişikliklərin bəyənilməsi
məsələsinə dair
ümumrusiya səsverməsinin
uğurla başa çatması münasibətilə
Sizi və Sizin şəxsinizdə
dost Rusiya xalqını
səmimi qəlbdən
təbrik edirəm.
Səsvermənin yekunları Sizə yüksək etimadı bir daha təsdiq
edir, Rusiyanın hüquqi sosial dövlət kimi bundan sonra da
inkişafına yönəlmiş
kursunuzun xalq tərəfindən güclü
dəstəklənməsinə dəlalət edir. Şübhəsiz, yenilənmiş Konstitusiya
Rusiya Federasiyasının
tarixində keyfiyyətcə
yeni mərhələnin
başlanmasının rəmzidir.
Əminəm ki, Konstitusiya
islahatı Rusiyanın
artan inkişafına və onun vətəndaşlarının
rifahının yüksəlməsinə
şərait yaradacaq.
Fürsətdən istifadə edib, Azərbaycan-Rusiya münasibətlərinin
strateji tərəfdaşlıq
ruhunda yüksək səviyyəsini bir daha vurğulamaq istərdim. İnanıram ki, ölkələrimiz
arasında möhkəm
dostluq və mehriban qonşuluq əlaqələri xalqlarımızın
rifahı naminə çoxplanlı qarşılıqlı
fəaliyyətin genişlənməsi
üçün etibarlı
təməldir.
Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı və
Rusiya dövlətçiliyinin
möhkəmləndirilməsi işində yeni uğurlar, dost Rusiya xalqına firavanlıq və əmin-amanlıq arzu edirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 2 iyul 2020-ci il.
Azərbaycan.- 2020.- 3 iyul.- S.1.