Birinci vitse-prezident Mehriban
Əliyeva polis əməkdaşlarını
peşə bayramı münasibətilə təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə rəsmi "Instagram” səhifəsində paylaşım edib.
AZƏRTAC
xəbər verir ki, paylaşımda deyilir: "Bütün
polis əməkdaşlarını peşə bayramı
münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Bu çətin günlərdə biz hamımız sizin vətəndaşlarımızın
sağlamlığı naminə atdığınız qətiyyətli
addımların, yüksək vətəndaş məsuliyyətinizin
və peşəkarlığınızın şahidi
olduq! Hər birinizə və
doğmalarınıza möhkəm cansağlığı və
xoşbəxtlik arzulayıram”.
Azərbaycan.-2020.- 3 iyul.- S.1.