Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin fəaliyyət
istiqamətləri üzrə müvafiq
işlərin görülməsi üçün
alınması tələb olunmayan lisenziya və icazələrin
siyahısının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2018-ci il
3 aprel tarixli 1058-VQD nömrəli Qanununun tətbiqi və "Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 22
may tarixli 78 nömrəli
Fərmanının icrası
ilə əlaqədar
qərara alıram:
1. "Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin fəaliyyət
istiqamətləri üzrə
müvafiq işlərin
görülməsi üçün
alınması tələb
olunmayan lisenziyaların
siyahısı” təsdiq
edilsin.
2. "Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin fəaliyyət
istiqamətləri üzrə
müvafiq işlərin
görülməsi üçün
alınması tələb
olunmayan icazələrin
siyahısı” təsdiq
edilsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 iyul
2020-ci il
Azərbaycan.-2020.-
3 iyul.- S.3.