İlham Əliyevin COVID-19-la mübarizədə beynəlxalq həmrəylik modeli

 

 

Azərbaycan Prezidentinin təşəbbüsü ilə pandemiyaya qarşı aparılan effektiv mübarizə dünyada təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfələr verəcək

 

 

Bu gün qlobal pandemiyaya qarşı Azərbaycan tərəfindən aparılan effektiv mübarizə dünyanın da diqqətindən kənarda qalmayıb və ölkəmiz nümunə göstərilir. Reallıq bundan ibarətdir ki, pandemiyaya qarşı mübarizə sahəsində nümunəvi ölkə kimi Azərbaycanın, onun liderinin təşəbbüsləri təqdir olunur, həyata keçirdiyi tədbirlər yüksək dəyərləndirilir.

Dünya görür ki, indiki halda səylərin birləşdirilməsi, birgə addımların atılması, təcrübə mübadiləsinin aparılması fonunda həmrəylik sərgilənməsi bəşəri bəlanın neytrallaşdırılmasında önəmlidir. Bu mənada koronavirus pandemiyası bəşəri təhlükə olduğu üçün qlobal cavab tələb edirbu cavabın verilməsində Azərbaycanın təşəbbüsünün əhəmiyyətini dünya qəbul edir.

Hazırda dünyanın bütün ölkələri öz səylərini koronavirusla mübarizəyə və profilaktika tədbirlərinə yönəldib. Buna baxmayaraq, son statistikaya görə bu infeksiyaya yoluxanların sayı 10 milyonu, vəfat edənlərin sayı isə 500 mini ötüb. Virus xüsusən ABŞ və inkişaf etmiş Avropa ölkələrində daha ciddi fəsadlara, xeyli sayda yoluxmayainsan itkisinə səbəb olub. COVID-19 Azərbaycandan da yön ötmədi. Lakin Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən dərhal həyata keçirilən zəruri qabaqlayıcı, çeviksistemli preventiv tədbirlər, atılan profilaktik və təxirəsalınmaz addımlar pandemiyanın Azərbaycanda genişlənməsinin qarşısının alınmasında xüsusi rol oynadı.

Qlobal pandemiya bir sıra şərtləri diktə edir ki, onlardan birivirusla mübarizədə beynəlxalq həmrəylikdir. Təsadüfi deyil ki, həyata keçirdiyi mübarizə tədbirlərinə görə beynəlxalq səviyyədə təqdir olunan Azərbaycan dövləti koronavirusun qarşısının alınmasında yalnız yerli nümunələr yaratmaqla kifayətlənmir. Prezident İlham Əliyev virusun qlobal problemə çevrilməsini nəzərə alaraq onunla mübarizədə beynəlxalq əməkdaşlığı zəruri hesab edir. Məhz İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsində də əsas məqsəd koronavirusun yayılmasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın həyata keçirilməsindən ibarət olub.

COVID-19-un qlobal problem olduğunu nəzərə alaraq, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə də çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etmişdi. Zirvə görüşündən sonra Azərbaycan Prezidentinin bu təklifi Qoşulmama Hərəkatının üzv ölkələri arasında razılaşdırılıb. Bundan sonra Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev üzv ölkələr adından BMT Baş Assambleyasının təklifi ilə BMT Baş katibi Antonio Quterreşə müraciət edib. Öz növbəsində BMT Baş katibi mayın 28-də BMT Baş Assambleyasının "Prosedur Qaydaları”na əsasən, üzv ölkələrə müraciət edərək 30 gün müddətində təşəbbüsə dair münasibət bildirilməsini xahiş edib. Qaydalara əsasən, BMT üzvü olan ölkələrin çox hissəsi təşəbbüsə dəstək verdiyi təqdirdə xüsusi sessiya təşkil olunmalıdır. Artıq 130-dan çox ölkə Azərbaycan Prezidentinin təşəbbüsünə dəstək verdiklərini bildiriblər. Təşəbbüsə qarşı çıxış edən yeganə dövlət isə Ermənistan olmuşdur.

 

Onu da əlavə edək ki, Ümumdünya Səhiyyə Təşkilatının, Birləşmiş Millətlər Təşkilatının hesabatlarında, ayrıayrı dünya mətbuatı nümunələrində Azərbaycanın koronavirusla mübarizəsi yüksək dəyərləndirilir. Eləcə də Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük!” şüarına səs verməklə çətin günlərdə yaşlılara, ahıllara, əlillərə, aztəminatlı ailələrə, köməyə, yardıma ehtiyacı olanlara yardım etdi, həmrəylik nümunəsi göstərdi.

Hər bir vətəndaş dünyada gedən prosesləri görür. Bütün resurslar səfərbər edilib ki, ölkəmizdə virusa yoluxmanın qarşısı alınsın. Ancaq burada ən əsas məsələ cəmiyyətin, hər bir vətəndaşın məsuliyyətli davranması, tapşırıqlara əməl etməsidir. Koronavirusla mübarizədə hər bir vətəndaşın məsuliyyəti hökumətin məsuliyyəti qədərdir.

 

Elçin CƏFƏROV

Azərbaycan.-2020.- 3 iyul.- S.7.