Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

 

Hörmətli cənab Prezident,

4 İyulMüstəqillik Günü münasibətilə Sizi dost Amerika xalqını öz adımdan Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

30 ilə yaxındır ki, Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları arasında uğurlu əməkdaşlıq münasibətləri mövcuddur. Bu illər ərzində ABŞ şirkətləri ölkəmizdə enerji sektorunun, informasiya-kommunikasiya texnologiyalarının digər vacib sahələrin inkişafında mühüm rol oynayıblar.

Eyni zamanda, beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi terrorizmlə mübarizə sahəsində ölkələrimiz nümunəvi əməkdaşlıq əlaqələri qurublar. Əminəm ki, Azərbaycan-ABŞ dostluq tərəfdaşlıq münasibətləri birgə səylərimizlə bundan sonra daha da genişlənəcəkdir.

Ümid edirik ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Amerika Birləşmiş Ştatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktının prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi sərhədlərinin toxunulmazlığı çərçivəsində tezliklə ədalətli həlli istiqamətində səylərini daha da artıracaqdır.

Dünyanın COVID-19 pandemiyası ilə üzləşdiyi bu çətin zamanda Azərbaycan xalqının Amerika xalqı ilə həmrəy olduğunu bir daha qeyd etmək istəyirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Amerika Birləşmiş Ştatlarına daim rifah arzulayıram.

Hörmətlə,

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyul 2020-ci il.

Azərbaycan.-2020.- 4 iyul.- S.1.