Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq, "Aqrar sığorta haqqındaAzərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 4 (I kitab), maddə 250, ¹ 5, maddə 323; 2002, ¹ 12, maddə 709; 2003, ¹ 8, maddə 420; 2004, ¹ 3, maddə 123, ¹ 5, maddə 318, ¹ 6, maddə 415, ¹ 10, maddə 761, ¹ 11, maddə 901; 2005, ¹ 2, maddə 61, ¹ 6, maddə 466, ¹ 8, maddələr 684, 692, 693, ¹ 11, maddə 996, ¹ 12, maddə 1085; 2006, ¹ 2, maddə 68, ¹ 3, maddə 225, ¹ 5, maddə 387, ¹ 6, maddə 478, ¹ 8, maddə 657, ¹ 12, maddə 1005; 2007, ¹ 2, maddə 80, ¹ 6, maddə 560, ¹ 8, maddə 745, ¹ 10, maddə 937, ¹ 11, maddə 1053, ¹ 12, maddələr 1215, 1219; 2008, ¹ 3, maddə 145, ¹ 6, maddə 456, ¹ 7, maddə 602, ¹ 12, maddə 1049; 2009, ¹ 2, maddə 47, ¹ 5, maddə 295, ¹ 6, maddə 404, ¹ 7, maddə 517; 2010, ¹ 2, maddə 75, ¹ 3, maddə 171, ¹ 4, maddələr 265, 266, 276; 2011, ¹ 2, maddə 71, ¹ 7, maddə 586, ¹ 8, maddə 750, ¹ 12, maddələr 1073, 1102; 2012, ¹ 1, maddə 5, ¹ 5, maddə 403, ¹ 6, maddə 498; 2013, ¹ 1, maddə 15, ¹ 6, maddə 620, ¹ 11, maddə 1280, ¹ 12, maddələr 1469, 1478; 2014, ¹ 2, maddə 96, ¹ 7, maddə 768; 2015, ¹ 3, maddə 254, ¹ 5, maddə 512, ¹ 7, maddə 814, ¹ 10, maddə 1093; 2016, ¹ 1, maddə 26, ¹ 2 (I kitab), maddələr 186, 204, ¹ 3, maddə 401, ¹ 4, maddələr 640, 646, ¹ 6, maddə 1005, ¹ 7, maddə 1248, ¹ 12, maddələr 1998, 2018; 2017, ¹ 2, maddələr 151, 153, ¹ 4, maddə 524, ¹ 5, maddələr 703, 735, ¹ 6, maddə 1035, ¹ 11, maddə 1953, ¹ 12 (I kitab), maddələr 2210, 2234, 2239; 2018, ¹ 2, maddə 142, ¹ 4, maddə 650, ¹ 5, maddələr 845, 851, ¹ 11, maddə 2212, ¹ 12 (I kitab), maddələr 2467, 2518, 2526, 2533; 2019, ¹ 1, maddələr 23, 50, ¹ 5, maddələr 806, 812, 814, ¹ 6, maddələr 994, 996, ¹ 7, maddə 1202, ¹ 8, maddə 1369, ¹ 11, maddə 1681, ¹ 12, maddə 1908; Azərbaycan Respublikasının 2020-ci il 24 aprel tarixli 62-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

 

1.1. aşağıdakı məzmunda 885-1-ci maddə əlavə edilsin:

 

"Maddə 885-1. Aqrar sığorta sistemi Aqrar sığorta sistemi ilə əhatə olunan münasibətlər bu Məcəllə, "Sığorta fəaliyyəti haqqında "Aqrar sığorta haqqındaAzərbaycan Respublikasının qanunları ilə tənzimlənir.”;

1.2. 915-ci maddədə "maddəsindəsözü " 16.6-cı maddələrindəsözləri ilə əvəz edilsin;

1.3. aşağıdakı məzmunda 916.1-1-ci maddə əlavə edilsin:

"916.1-1. Bu Məcəllənin 916.1-ci maddəsində nəzərdə tutulmuş məsələlərdən əlavə olaraq aqrar sığortaya aid sığorta qaydalarında "Aqrar sığorta haqqındaAzərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş digər məsələlər müəyyən edilir.”;

1.4. 937.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Aqrar sığorta müqaviləsi "Aqrar sığorta haqqındaAzərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vasitəçi aqrar sığortaçıların xidmətindən istifadə etməklə bağlanır.”.

Maddə 2. "Sığorta fəaliyyəti haqqındaAzərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 3, maddə 144, ¹ 7, maddə 602; 2009, ¹ 7, maddə 517; 2011, ¹ 1, maddə 11; 2013, ¹ 12, maddə 1470; 2014, ¹ 7, maddələr 771, 779; 2015, ¹ 11, maddə 1263; 2016, ¹ 3, maddə 410, ¹ 6, maddə 976; 2017, ¹ 7, maddələr 1286, 1294, ¹ 12 (I kitab), maddə 2221; 2018, ¹ 7 (I kitab), maddə 1392; 2019, ¹ 1, maddələr 19, 33, 50, ¹ 5, maddələr 793, 815; ¹ 6, maddə 999, ¹ 8, maddə 1362) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1.12-ci maddədə " yasözləri vergül işarəsi ilə əvəz edilsin həmin maddəyə "orqanı tərəfindənsözlərindən sonra " ya bu Qanunun 16.6-cı maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindənsözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 2.5-ci maddə əlavə edilsin:

"2.5. Aqrar sığorta sistemi ilə əhatə olunan münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu Qanun "Aqrar sığorta haqqındaAzərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”;

2.3. Aşağıdakı məzmunda 14.3.2.6-4-cü maddə əlavə edilsin:

"14.3.2.6-4. "Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hadisələr nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tamya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan aqrar sığorta;

2.4. 14.3.2.7-ci maddədə "14.3.2.6-3-cü” sözləri "14.3.2.6-4-cü” sözləri ilə əvəz edilsin;

2.5. 16.5-ci maddədə "Maliyyə” sözü "Bu Qanunun 16.6-cı maddəsinin tələbi nəzərə alınmaqla, maliyyə” sözləri ilə əvəz edilsin;

2.6. aşağıdakı məzmunda 16.6-cı maddə əlavə edilsin:

"16.6. "Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 may 2020-ci il