Azərbaycan
Respublikası Prezidentinin “Valideynlərini itirmiş və valideyn
himayəsindən məhrum olmuş
uşaqların sosial müdafiəsi
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” 1999-cu il
30 avqust tarixli 188
nömrəli, “İşsizlikdən sığorta haqqında”
Azərbaycan Respublikasının 2017-ci il
30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi
barədə” 2017-ci il 5 avqust
tarixli 1569 nömrəli və “Əlilliyi
olan şəxslərin hüquqları
haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli
1153-VQ nömrəli Qanununun tətbiqi barədə”
2018-ci il 18 iyul tarixli 213 nömrəli fərmanlarında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Çernobıl qəzasının
ləğvində iştirak
etmiş və həmin qəza nəticəsində zərər
çəkmiş vətəndaşların
statusu və sosial müdafiəsi haqqında”, "Həmkarlar
ittifaqları haqqında”,
"Valideynlərini itirmiş
və valideyn himayəsindən məhrum
olmuş uşaqların
sosial müdafiəsi haqqında”, "Dövlət
əmlakının özəlləşdirilməsi
haqqında”, "Gənclər
siyasəti haqqında”,
"Əmək pensiyaları
haqqında”, "Təhsil
haqqında”, "Daşınar
əmlakın yüklülüyü
haqqında”, "İşsizlikdən
sığorta haqqında”
və "Əlilliyi
olan şəxslərin
hüquqları haqqında”
Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2019-cu il 12 iyul tarixli 1661-VQD nömrəli
Qanununun icrasını
təmin etmək məqsədilə qərara
alıram:
1. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
olmuş uşaqların
sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
1999-cu il 30 avqust tarixli 188 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 8, maddə
498; 2001, ¹ 7, maddə 459; 2002, ¹ 8, maddə 487; 2006, ¹ 9, maddə
743; 2007, ¹ 5, maddə 459, ¹ 6, maddə 611; 2008, ¹ 3, maddə
170; 2017, ¹ 5, maddə 767; 2018, ¹ 8, maddə 1691) 2.4-cü bəndində
(ikinci halda) "və yeddinci hissələrində” sözləri
"hissəsində” sözü
ilə əvəz edilsin.
2. "İşsizlikdən sığorta
haqqında” Azərbaycan
Respublikasının 2017-ci il
30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2017, ¹ 8, maddə 1516; 2018, ¹ 12 (I kitab), maddə 2579; 2019, ¹
6, maddə 1038, ¹ 7, maddə
1217, ¹ 12, maddə 1922; Azərbaycan
Respublikası Prezidentinin
2020-ci il 22 may tarixli
1036 nömrəli Fərmanı)
aşağıdakı dəyişikliklər
edilsin:
2.1. 2.1-ci
bəndə "16-cı,” sözlərindən sonra
"19.0.2.6-cı (hər iki
halda),” sözləri əlavə edilsin;
2.2. 2.2-ci
bənddən ", 19.0.2.6-cı” sözləri çıxarılsın;
2.3.
2.6-cı bəndə "Qanunun”
sözündən sonra
"19.0.2.6-cı maddəsində (birinci halda) və” sözləri əlavə edilsin;
2.4. aşağıdakı məzmunda 2.7-1-ci bənd əlavə edilsin:
"2.7-1. həmin Qanunun
19.0.2.6-cı maddəsində (ikinci halda) "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;”.
3. "Əlilliyi olan şəxslərin hüquqları
haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 18
iyul tarixli 213 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2018, ¹ 7 (I kitab), maddə
1499, ¹ 11, maddə 2239; 2019, ¹ 7, maddə 1217) aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 2.1-ci bənddə "28.3-cü maddəsində” sözləri "20.3-cü və 28.3-cü maddələrində” sözləri ilə əvəz edilsin;
3.2. 2.4-cü bənddən "20.3-cü (hər iki halda),” sözləri çıxarılsın;
3.3. 2.11-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.12-ci bənd əlavə edilsin:
"2.12.
həmin Qanunun 20.3-cü maddəsində "orqan (qurum)”
dedikdə Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə
tutulur.”.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
2 iyul 2020-ci il
Azərbaycan.-2020.- 4 iyul.- S.2.